Elektrik enerjisinin verilməsində fasilələr və su təchizatındakı problemlər fonunda Kiyev sakinləri son beş ilin ən ağır qışının olacağını gözləyirlər.
Bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.
"Kiyevdə elektrik enerjisinin verilməsində fasilələr adi hala çevrilib, su təchizatında da tez-tez problemlər yaranır. Kiyevin təxminən üç milyon sakini son beş ilin ən sərt qışına hazırlaşır. Onların bir çoxu isə şəhəri tərk etməyi düşünür. Ukraynanın paytaxtındakı vəziyyət fonunda ölkənin qərbində yerləşən bir çox şəhərdə mənzil kirayəsi qiymətləri kəskin artıb", - məlumatda deyilib.
///axar.az///











































