Bu şəxslər 40 minədək cərimələnəcək

Bu şəxslər 40 minədək cərimələnəcək
SOSİAL
16:02 02.07.2026
474
Azərbaycanın İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti və avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində yol verilən bir sıra pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur.

AZXEBER.COM Ajans.az-a istinadla xəbər verir ki, "Taksi" tanınma nişanları, taksometr və ya qanunvericiliklə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, həmçinin nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşınmasına görə 50 manat cərimə tətbiq edilir.

Eyni zamanda, avtobuslarda və taksilərdə tütün çəkilməsinə, eləcə də sərnişinlərin, baqaj yerlərinin sayı və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərin pozulmasına görə də 50 manat cərimə nəzərdə tutulur.

Qanunvericiliyə əsasən, taksilərin yalnız onlar üçün ayrılmış və 5.14 nişanı ilə işarələnmiş dayanacaq yerlərindən kənarda sifariş qəbul etmək məqsədilə dayanmasına, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında göstərilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə, eləcə də taksometrin müəyyən etdiyi məbləğdən əlavə ödəniş tələb olunmasına görə də 50 manat məbləğində cərimə tətbiq olunur.

İnzibati Xətalar Məcəlləsinə görə, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir. Buraxılış kartı olmadan taksi minik avtomobili ilə sərnişin daşınmasına görə isə 50 manat cərimə tətbiq olunur.

Məcəllədə icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər üçün 10 min manat, hüquqi şəxslər üçün isə 40 min manat məbləğində cərimə müəyyən edilib.

Bundan başqa, taksi sifarişi operatorları tərəfindən "Fərdi məlumatlar haqqında" Qanunun tələblərinin pozulmasına, o cümlədən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və onların mühafizəsi ilə bağlı tələblərə əməl edilməməsinə görə vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 20 min manat məbləğində cərimə olunur.

Eyni məbləğdə cərimə taksi sifarişi operatorlarının informasiya sistemlərində olan sifarişlər və sürücülərin iş-istirahət rejimi barədə məlumatların müvafiq dövlət informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya işləməməsinə görə də tətbiq edilir.

Bundan əlavə, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair buraxılış vəsiqəsi, texniki baxış və reysqabağı tibbi müayinə ilə bağlı zəruri sənədləri və ya müqavilələri olmayan daşıyıcılara, eləcə də buraxılış kartı və sürücünün xüsusi hazırlıq keçdiyini təsdiq edən sənədi olmadan taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Həmçinin taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
16:31 02.07.2026
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
16:16 02.07.2026
Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
16:05 02.07.2026
Ermənistanın balans oyunu: Paşinyan Qərbə yaxınlaşır, Moskvanı isə... - Rəylər
Bu şəxslər 40 minədək cərimələnəcək
16:02 02.07.2026
Bu şəxslər 40 minədək cərimələnəcək