AZXEBER.COM "xezerxeber.az”a istinadla xəbər verir ki, iki sabiq futbolçunun ölümü ilə nəticələnən qəza iyulun 29-da qeydə alınıb.
Ərazidə yaşayan sakinlər deyirlər ki, bu yolda tez-tez qəzalar baş verir. Həmin yerdə olarkən daha bir minik avtomobilinin aşdığını gördük.
Yola yaxın yaşayış məntəqələrinin olması problemi daha da artırır. Sürücülərin sözlərinə görə, yolda nişanlanmanın olmaması qaydaların daha çox pozulmasına səbəb olur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən ərazidə yol hərəkəti təhlükəsizliyinin vəziyyəti daim diqqətdə saxlanılır. Bununla yanaşı, ərazidə DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.











































