03:17 çərşənbə Axşamı, 15 Oktyabr 2019
DÜNYA

“Burnumu sındırmışdılar” - Putinin xatirələri+Video

20:56, 10.10.20195684
“Burnumu sındırmışdılar” - Putinin xatirələri+Video

Rusiya prezidenti Vladimir Putin Nijni Novqorodda Rusiya Boks Federasiyasının stendini ziyarət edib.

Putini UEFA prezidenti Aleksandr Çeferin, Rusiyanın İdman naziri Pavel Kolobkov və Baş nazirin müavini Olqa Qolodets müşayiət edib. Boksçular prezidentə rusiyalı dünya çempionlarının adı yazılmış brilyant boks əlcəyi hədiyyə ediblər. Daha sonra idmançılar Putini birgə məşqlərə dəvət ediblər. Prezident isə uşaqlıq xatirəsini bölüşüb: 

"Məşğul olduğum ilk idman növü boks olub. Ancaq burnumu sındırmışdılar.  Həkimə getmədim, öz-özünə sağaldı. Daha sonra başqa idman növünə keçdim”.

 
 
qafqazinfo
XƏBƏR LENTİ