Böyük sərkərdə İlham Əliyevin 200 illik məğlubiyyətə son qoyan dərin STRATEGİYASI...

Böyük sərkərdə İlham Əliyevin 200 illik məğlubiyyətə son qoyan dərin STRATEGİYASI...
SİYASƏT
12:26 17.10.2023
444
15 oktyabr Azərbaycanın tarixinə suverenliyimizin tam bərpa edildiyi gün olaraq düşdü. Bu tarixi Prezident İlham Əliyev və onun qurduğu Azərbaycan Ordusu yazıb. Düz iki əsr sonra ilk dəfə məğlubiyyət sindromu qırıldı, tarixi ədalət bərpa olundu.

Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə torpaqlarımızın azad olunacağını, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyini bəyan etmişdi. Tarix təsdiq etdi ki, Azərbaycan lideri o vaxt vəd vermirdi, əslində hədəfi göstərirdi və ölkəyə rəhbərlik etdiyi dövrdə bu müqəddəs məqsədə nail olmaq uğrunda durmadan çalışırdı. Qüdrətli Ordu yaratdı, iqtisadi müstəqilliyə nail oldu, Azərbaycanı dünya siyasətində qərarverici mövqeyə çıxardı. Və bütün bunların fonunda işğalçı Ermənistanı siyasi və iqtisadi layihələrdən kənarda saxlamağa nail oldu. Əgər I Qarabağ müharibəsində beynəlxalq şərtlər işğalçının xeyrinə idisə, Prezident İlham Əliyev bu şərtləri Azərbaycanın xeyrinə dəyişdi. Buna dərin zəkası, strateji ağlı ilə nail oldu.

Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyindən bir addım da geri çəkilməyərək, prinsipial mövqe sərgilədi. Məhz İlham Əliyevin bu qətiyyəti bizə bugünkü Zəfəri yaşadır. Əslində bu gün bölgədə baş verənləri nə dünya ölkələri, nə də Ermənistan təsəvvür belə etməzdi.

44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Lakin Qarabağda hələ də erməni separatizmi davam edir, üçüncü qüvvələrə arxalanaraq, "dövlətçik” oyunları oynayırdılar. Ermənistan da öz silahlı dəstələrini ərazimizdən çıxarmaqdan imtina etdi və separatçı-terrorçuları dəstəklədi. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq etsə də, bu vəziyyət dəyişmirdi. Ermənilər hesab edirdilər ki, hər şey bununla bitib və separatçıların mövcud olduqları ərazilərdə hansısa qondarma "qurum” yarada biləcəklər, Azərbaycan da bunu qəbul etməyə məcbur olacaq. Hərçənd ki, heç biri – nə Ermənistan, nə separatçılar, nə də onları dəstəkləyən ölkələr Prezident İlham Əliyevin qətiyyətini, zəkasını və strateji qabiliyyətini hesablaya bilməmişdi.

Azərbaycan lideri Vətən müharibəsindən sonra mühüm gedişlər etdi. Qarabağda ordumuzun mövqeləri gücləndirildi, strateji yüksəkliklərə nəzarət bərpa olundu və separatçıların ətrafında halqa daraldı. Laçın yoluna nəzarət gücləndirildi. Əvvəlcə vizual nəzarət edilsə də, yekunda Laçın sərhəd-keçid məntəqəsi quruldu və bununla "Laçın dəhlizi” tarixin zibilliyinə atıldı. Bu erməni separatizminin çıxış yolunun bağlanması demək idi. Daha sonra erməni əhalisinin təminatının Azərbaycan ərazisindən – Ağdam-Xankəndi yolundan həyata keçirilməsi irəli sürüldü və erməni separatizmini dəstəkləyən bütün qüvvələr fakt qarşısında qaldı.

Və elə bir vəziyyət yaradıldı ki, Xankəndidə özlərinə yuva qurduqlarını düşünən separatçı-terrorçuların təslim olmaqdan başqa çıxış yolu qalmadı. Lakin onlar mahiyyətlərinə uyğun olaraq terrora əl atdılar. Buna cavab olaraq Ordumuz hərəkətə keçdi, cəmi 24 saata erməni silahlı dəstələr darmadağın edildi, separatçılar təslim oldular. 24 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda vəziyyət tamamilə dəyişdi.

Beləliklə, tarix Prezident İlham Əliyevin 44 gün+24 saat planına şahidlik etdi. Qüsursuz olan bu plan təkcə Azərbaycanın yox, həm də dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan yerləşdiyimiz coğrafiyanın siyasi şərtlərini dəyişdirdi.

15 oktyabr tariximizin yeni səhifəsinin başlanğıdır. Tarixi ədaləti bərpa edən qalib böyük sərkərdə İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə üçrəngli dövlət bayrağımızı dalğalandırdı. Azərbaycanı postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk ölkəyə, XXI əsrin qalib dövlətinə çevirdi.

Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, torpaqlarımızda erməni separatizmi məhv edildi, azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkarlar qandallanaraq, Bakıya gətirildi və ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bunu bacardı, bizə - Azərbaycan xalqına bu Zəfəri yaşatdı. Və ən əsası 200 ildir davam edən məğlubiyyət sindromunu bu qələbə ilə qırdı, tarixi yenidən yaratdı. Ədalət Zəfər çaldı, məhz Prezident İlham Əliyev ədalətin zəfər çalmasını təmin etdi.

Bizə yalnız bir söz demək qalır: Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan!

Vasif Həsənli
Demokr
at.az xəbər portalının baş redaktor
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
14:37 06.10.2026
Yaş artdıqca evlənmək istəyi niyə azalır?