Böyük Türk alimi qürbətdə öldü, vətənində dəfn edildi

Böyük Türk alimi qürbətdə öldü, vətənində dəfn edildi
MARAQLI
13:01 04.10.2011
1464
Çingiz Dağçının dəfn mərasiminə Azərbaycan hakimiyyətindən utanc gətirən biganəlik

Məşhur Krım-tatar yazıçısı Çingiz Dağçı oktyabrın 2-də doğulduğu Ukraynanın Qızıldaş kəndində dəfn edilib. Çingiz Dağçı sentyabrın 22-də yaşadığı Londonda 92 yaşında vəfat etmişdi. O, böyük vətən müharibəsində əsir düşəndən sonra Ingiltərədə yaşayıb. Ömrünün sonunadək anadan olduğu yerlərə gəlmək imkanında olmayıb. Krım türklərinin milli davası barədə çoxsaylı əsərlərin müəllifi olan Çingiz Dağçı krım türklərinin ağsaqqalı sayılırdı. Bəzi əsərləri Türkiyənin dərsliklərinə salınan böyük yazar həm də Türkiyə sevdalısı kimi tanınıb. Təəssüf ki, ömrü boyu o, türkcə yazmasına və böyük türk sevgisinə baxmayaraq, Türkiyəyə gedə bilməyib.Yazarın anadan olduğu torpaqda dəfn olunmasının təşəbbüskarı və təşkilatçısı Türkiyə hökuməti olub. Bu haqda “Azadlıq” qəzetini Çingiz Dağçının cənazə törəninə və dəfninə qatılan AXCP sədrinin müşaviri Fəhmin Hacıyev məlumatlandırıb. Fəhmin Hacıyev təəssüflə bildirib ki, böyük türk aliminin dəfn mərasiminə nə Azərbaycanın Ukraynadakı səfirliyindən, nə də diaspor təşkilatlarından heç kim qatılmayıb. Bunun tam tərsi olaraq isə Türkiyə hökuməti başda xarici işlər naziri Əhməd Davudoğlu ilə mədəniyyət və turizm naziri Ərtoğrul Günay olmaqla 200 nəfərlik heyətlə dəfndə iştirak edib. Cənazə törənində çıxış edən Davudoğlu bildirib ki, böyük elm adamının ölümündə o, BMT-nin yığıncağında ikən telefonuna gələn mesajdan xəbər tutub. Bundan dərhal sonra o, Ingiltərə və Ukrayna hökumətləri arasında danışıqlara başlayaraq dəfnin Krımda baş tutmasına nail olub.AXCP funksioneri deyir ki, cənab Davudoğlu mərhumun şəxsiyyəti və fəaliyyəti ilə bağlı təsirli çıxış edib, onu Ismayil bəy Qaspralıdan sonra Krım tatarlarının ən böyük oğlu adlandırıb.Türk dünyasına baş verən itki ilə bağlı Fəhmin Hacıyev AXCP və onun sədri Əli Kərimlinin, Azərbaycan milli demokratik düşərgəsinin adından Krım tatarları məclisinin sədri Musfata Cəmiloğluna başsağlıqlarını yetirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir