Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO

Böyükşorda su niyə yaşıl rəngdədir? - Dövlət xidmətindən açiqlama - FOTO
SOSİAL
22:59 14.08.2026
970
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən avqustun 14-də Böyükşor gölünün müəyyən hissəsinin yaşıl rəngli olduğu müəyyən edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə agentliyin məlumatında deyilir.
 
Bildirilib ki, ilkin müşahidələrin nəticələrinə əsasən, yaşıl rəngin daşların səthinə yapışması, selikli və yığıntı formasında müşahidə olunması, eləcə də müxtəlif çalarlara malik olması sözügedən prosesin yosunlarda geden fotosintez nəticəsində baş verdiyi ehtimalını gücləndirir.
 
"Qeyd edək ki, avqust ayı su hövzələrində fotosintetik orqanizmlərin, o cümlədən bəzi yosun və sianobakteriyaların inkişafı üçün əlverişli şəraitin formalaşa bildiyi dövrə təsadüf edir. İsti su temperaturu, günəş işığının intensivliyi və su mühitində azot və fosfor kimi qida maddələrinin mövcudluğu belə orqanizmlərin sürətli inkişafına və lokal yığıntıların yaranmasına şərait yarada bilər.
 
Bu baxımdan, müşahidə olunan yaşıl kütlənin mövcudluğu mövsümi və təbii bioloji proseslərlə də əlaqəli ola bilər. Bununla belə, yalnız vizual müşahidələr əsasında yox, eyni zamanda bu prosesin dəqiq mənşəyinin, tərkibinin və fiziki-kimyəvi göstəricilərinin müəyyən edilməsi məqsədilə xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyanın əməkdaşları tərəfindən nümunələr götürülüb.
 
Hazırda nümunələr üzərində müvafiq laborator analizlər aparılır. Analizlərin nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin ediləcək", - məlumatda deyilir.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"YAP-ın siyasi fəaliyyəti də bu inkişaf strategiyasının ictimai dayaqlarının möhkəmləndirilməsinə xidmət edib"
15:55 05.10.2026
"YAP-ın siyasi fəaliyyəti də bu inkişaf strategiyasının ictimai dayaqlarının möhkəmləndirilməsinə xidmət edib"
Bu həftə hansı bürclər pul qazanacaq?
15:53 05.10.2026
Bu həftə hansı bürclər pul qazanacaq?
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
15:48 05.10.2026
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
13:09 05.10.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq