Üç şəxs yaşlı ananı döyərək küçədə soyundurdu

DÜNYA
11:32 25.08.2012
2470
Hindistanın Bihar ştatındakı Qaya bölgəsində 5 nəfər həbs olunub. Onlar orta yaşlı qadını döyməkdə, sonra küçənin ortasında soyunduraraq biabır etməkdə suçlanırlar.
AZXEBER.COM-un Hindu Times-a istinadən verdiyi xəbərə görə, Qaya Bihardakı Lalganc kəndində baş vermiş hadisənin "təşəbbüs"karları bu qadının üç oğlu olub.Üç oğul ananı döyüb, sonra da evdən qovaraq küçəyə çıxarıb. Burada qadını zorla soyunduran oğullar qəhqəhə çəkərək analarını təpikləyiblər.Ürəkləri soyumayan oğullar sonra da ananın saçlarını kəsərək onun başını daz qırxmağa çalışıblar.Qan içində olan qadını gözləri qızmış oğullarının əlindən onun harayına gəlmiş insanlar alıblar.Başabəla oğulların analarına divan tutmalarının səbəbi isə mirasdır.Ailə başçısı vəfat edəndən sonra evini və dükanlarını arvadı ilə oğullarına vəsiyyət edib.Oğullar da mirası anadan almaq üçün ona təzyiq etməyə çalışıblar, lakin qadın payına düşən evi oğullarına verməyib."Evi onların adına keçirsəydim, məni küçəyə atacaqdılar. Evi nəvəmin adına rəsmiləşdirmək istəyirdim, çünki nə mal, nə də mülkdə gözüm yoxdur. Oğulları isə gəlinlərimin felinə düşərək mənə divan tutdular", - oğullarının zopa ilə döydükləri zavallı ana danışıb.Dalit xalqının mənsubu olan qadının polisə şikayətlənməsindən sonra başabəla oğullar Dilip Pasvan, Çottu Pasvan və Sandip Pasvan tutulublar.Onlarla bahəm qadının qohumları Ramji Pasvan, Pintu Pasvan, Qautama Pasvan, Munni Kumari, Muniya Devi və Kamla Devi də saxlanılıblar.Mohanpur yaxınlığında məskunlaşmış "ladu pançayat" tayfasından olan qadın indi Qaya şəhərindəki Anugrah Narayan Magadh xəstəxanasında müalicə olunur.Qadının böyük oğlu Dilip Pasvan isə polisdə verdiyi ifadəsində deyib: "Qucarat ştatının Surat şəhərində yaşayıram. Qohumların mənə zəng vurdular və atam öləndən sonra anamın tərbiyəsizliklə məşğul olduğunu dedilər. Mən də evə yollanaraq nə baş verdiyini araşdırmaq istədim. Anam mənə söydü, təhqir etdi, sonra da lap rüsvayçı sözlər dedi. Dözə bilmədim".

OXŞAR XƏBƏRLƏR