Camaatın dərisini soyan qohumum

Camaatın dərisini soyan qohumum
KÖŞƏ
14:45 16.08.2012
2593
Seymur VerdizadəBiz onunla tanınmış sovet yazıçısı Nəriman Nərimanovun adını daşıyan kinoteatrın qarşısında görüşdük. Hal-əhval tutarkən gülümsəməyə çalışsa da, onun qəmgin olduğu mənim gözümdən yayınmadı. Ata-anasını, qardaşını xəbər aldım. Məlum oldu ki, evdə onu üzən heç bir hadisə baş verməyib. Sonra hansı işlə məşğul olduğunu soruşdum. Cavabı qeyri-adi oldu: “Camaatın dərisini soyuram”.
Universitet məzunu olan Elvinin bu sözləri məni əməlli-başlı təəccübləndirdi. İş vaxtı başa çatdığı üçün mən onu çay içməyə dəvət etdim. Biz yaxınlıqdakı parkda əyləşib, bir qədər ordan-burdan danışdıq. Elvinin mətləbin üstünə gəlməsi çox çəkmədi. Məlum oldu ki, qohumum ötən ay bank olmayan bir kredit təşkilatında işə düzəlib. Dedi ki, işlədiyi kollektivdə yaxşı hörməti var, yüksək maaş alır. Təbii ki, bu yerdə mən özümü saxlaya bilməyib, qohumumun nədən narazı olduğunu soruşdum. Elvin ətrafa boylanıb, axtardığını tapmış adamlar kimi sevincək qoluma toxundu: “Avtobusda gedən adamları görürəsən?” Qeyri-ixtiyari olaraq, mənim nəzərlərim də onun baxdığı istiqamətə tuşlandı. 6 nömrəli avtobus ləngər vura-vura yanımızdan ötüb keçirdi. İçəridə adam çox olduğu üçün sürücü qapıları bağlamamışdı. Elvin bir-birinə yapışmış adamları göstərib, belə dedi: “Bu insanların böyük əksəriyyəti işdən qayıdır. Camaat gecə-gündüz çalışır, amma onların zəhmətinin bəhrəsini banklar, kredit təşkilatları görür”.Söhbət əsnasında Elvin dedi ki, işlədiyi kredit təşkilatına bu gün 20 nəfər müraciət edib. Amma təşkilat cəmi 3 adama kredit ayırmağa qərar verib. Mən, qohumumdam digər vətəndaşlara niyə kredit ayırmadıqlarını soruşanda, o, belə cavab verdi: “On yeddi nəfərdən ən azı on ikisi başqa banklardan kredit götürüb. Mərkəzi Bank vahid nəzarət mexanizmi yaratdığı üçün biz müraciət edən vətəndaşların digər banklara və kredit təşkilatlarına borclu olub-olmadığını asanlıqla müəyyənləşdirə bilirik. Məsələn, bu gün Suraxanı rayonunda qeydiyyatda olan bir kişi kredit götürmək üçün bizə müraciət etmişdi. Biz Mərkəzi Bankın yaratdığı sistemə daxil olub, həmin kişinin hər ay iki ayrı banka üst-üstə 400 manat kredit aldığını müəyyənləşdirdik. Onun aylıq maaşı 600 manatdır. Daxili nizamnamə həmin şəxsə kredit verməyi qadağan etdiyi üçün biz onu əlibış yola saldıq”.Mən, Elvindən insanların daha çox hansı məqsədlə kredit götürdüklərini soruşdum. Qohumum dedi ki, dünən bir qadın BDU-da oxuyan qızının təhsil haqqını ödəmək üçün onlardan 1500 manat kredit götürüb. Başqa bir kişi isə nişanlı qızına cehiz almaq üçün borca girməli olub. Kredit üçün onlara müraciət edən adamların arasında xəstə övladlarını müalicə elətdirmək istəyən valideynlər də az deyil. Acınacaqlısı isə odur ki, bu adamlar uzun müddət əziyyət çəkib tələb olunan sənədləri toplayandan sonra cəmi 1500-2000 manat vəsait ala bilirlər.Söhbətimiz başa çatanda mən müştərilərə neçə faizlə kredit verildiyi ilə maraqlandım. Elvin dedi ki, dünən bir kişiyə 1000 manat kredit veriblər. Bir il ərzində həmin müştəri onların təşkilatına ayda 110 manat pul ödəyəcək. Bu isə bir ildə 1320 manat edir. Deməli, 1000 manat kredit alan müştəri il ərzində 320 manat əlavə vəsait ödəməli olacaq.Faizin bu qədər yüksək olması məni əməlli-başlı qəzəbləndirdi. Özümü saxlaya bilməyib, Elvinin üstünə qışqırdım: “Belə də insanlıq olar?! Siz camaatın dərisini soyursunuz!”Elvin qəmli baxışlarını üzümə zilləyib, mülayim səslə dedi: ”Kinoteatrın qarşısında siz məndən hansı işlə məşğul olduğumu soruşanda, elə mən də bu sözləri demişdim...”Bu söhbətdən sonra mən Elvinin niyə bu qədər kədərli olduğunu daha yaxşı anladım. Və bir daha əmin oldum ki, vicdanlı adamların bu ölkədə yaşaması çətin, çox çətindir...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub