Cəlal İsayevdən həyəcan təbili: “Yoluxan şagirdlər cəmiyyətdə virusu yayırlar”

SAĞLAMLIQ
11:51 22.09.2020
1222
Dərs ili başlayandan bu günədək 95 şagird və 26 işçi heyəti olmaqla 121 nəfərdə koronavirus aşkarlanması faktı kifayət qədər çoxdur. Bunun qarşısını almaq üçün mütləq əlavə tədbirlər görülməlidir.

Bu sözləri Oxu.Az-a Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, aşağı siniflərdə koronavirus adətən subklinik səviyyədə keçir ki, bu da onlar üçün xüsusi təhlükə yaratmır:

"Təbii ki, onlara heç bir təhlükə yaratmasa da, daşıyıcı kimi bizim üçün çox böyük təhlükədirlər. Onlar virusu ifraz edir və bu nöqteyi-nəzərdən heç bir kliniki əlamət olmadan cəmiyyətdə dolaşaraq virusu yayırlar. Ona görə də bu məqamın ciddi təhlükə olmasını nəzərə alıb yeni mexanizmlər hazırlanmalıdır. Bu rəqəmlər kifayət qədər çoxdur və yoluxmanın qarşısını almaq üçün mütləq əlavə tədbirlər görülməlidir”.

C.İsayev onu da əlavə edib ki, təkcə aşağı sinif şagirdləri deyil, regionlarda yuxarı sinif şagirdləri də yoluxub:

"Burada valideynlərin üzərinə ciddi məsuliyyət düşür. Onların maska taxması tələb olunmalıdır. Eyni zamanda müəllimlərin də səhlənkar davranışları yoluxmalara şərait yaradıb. Şagirdlərə qısa tənəffüs vaxtı ayırıb onların bir-biri ilə sıx ünsiyyətinin qarşısını almaq lazımdır. Təəssüf ki, ibtidai siniflərdə onlayn dərs keçilməsi effekt verməz. Uşaqların gələcəyi üçün də təhsilin dayandırılması düzgün deyil. Ayrı bir mexanizm düşünülməli, tədbirlər görülməlidir. Bakıda sinifdə yoluxma halı çox olub və 4 sinif bağlanıb. Bu məsələ ilə bağlı kollegial müzakirə aparılmalı və tez bir zamanda qərar qəbul olunmalıdır”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:48 12.02.2025

Britaniya Ukraynaya 150 milyon funt-sterlinqlik hərbi yardım ayıracaq

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb