Ceyhun Bayramovdan Litva ilə iqtisadi əməkdaşlıq AÇIQLAMASI

Ceyhun Bayramovdan Litva ilə iqtisadi əməkdaşlıq AÇIQLAMASI
SİYASƏT
13:15 25.11.2026
58
"Azərbaycan və Litva arasında iqtisadi əlaqələrin genişləndirilməsi, iş adamları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budris ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkənin əlaqələndirici qrupları iş adamlarının təklif və gözləntilərini dinləməli, əməkdaşlığın genişləndirilməsi üçün tələb olunan dəstək mexanizmlərini müzakirə etməlidir.

Onun sözlərinə görə, Azərbaycan və Litva arasında iqtisadi əlaqələrin inkişafı üçün biznes nümayəndələrinin ehtiyaclarının nəzərə alınması vacibdir.

Ceyhun Bayramov Azərbaycanın biznes imkanları barədə litvalı şirkətlərə ətraflı məlumat verilməsinin əhəmiyyətini vurğulayıb. O, bu baxımdan Ələt Azad İqtisadi Zonası, ölkənin logistik üstünlükləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının təqdim etdiyi imkanların xüsusi əhəmiyyət daşıdığını bildirib.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR