Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olub

Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olub
SİYASƏT
22:41 25.04.2025
949
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, C.Bayramov və F.Sinirlioğlu arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Geniştərkibli görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının hazırkı durumu və perspektivləri, regional inkişaflar və çağırışlar, postmünaqişə dövründə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi kimi bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb.

ATƏT məkanında təhlükəsizlik mühitinin gərgin və mürəkkəb olaraq qaldığı hazırkı vəziyyətdə Təşkilatın yeni şərtlərə çevik adaptasiya olunmasının, çoxtərəfli platforma kimi öz aktuallığını qoruyub saxlaması və öhdəliklərini yerinə yetirməsinin tələb olunduğu vurğulanıb.

Ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən ATƏT-in aktiv üzvlərindən biri olduğu diqqətə çatdırılıb, xüsusilə hazırkı postmünaqişə dövründə əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların mövcudluğu diqqətə çatdırılıb.

C.Bayramov postmünaqişə dövründə bölgəmizdəki son inkişaflar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin yurdlarına qayıdışı, buna əngəl törədən mina təhdidi ilə mübarizə sahəsində görülən işlər barədə tərəf müqabilinə məlumat verib.

Postmünaqişə dövründə ATƏT-in Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan və partlamamış sursatlardan təmizlənməsi, həmin ərazilərdə ətraf mühit vəziyyətinin qiymətləndirilməsi kimi istiqamətlər üzrə müvafiq dəstək layihələri vasitəsilə bərpa və yenidənqurma fəaliyyətlərində rol ala biləcəyi ifadə olunub.

Azərbaycan-Ermənistan normallaşma prosesinə toxunularaq tərəflər arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların yekunlaşmasından sonrakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Sülh sazişinin imzalanması üçün əsas şərtlər qismində Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı qüvvədə qalan ərazi iddialarının aradan qaldırılması və eləcə də münaqişənin bitməsi nəticəsində tarixə qovuşmuş, öz əhəmiyyətini itirmiş Minsk Qrupu, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi, YüksəkSəviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının ləğv edilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

C.Bayramov və F.Sinirlioğlu daha sonra mətbuat brifinqində apardıqları müzakirələrin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
19:40 08.10.2026
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
19:38 08.10.2026
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
19:26 08.10.2026
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
19:11 08.10.2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
18:18 08.10.2026
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
16:56 08.10.2026
"Azərbaycanın Orta Dəhlizdə rolu güclənir" – Politoloqdan açıqlama
Cəbrayılda mina partladı - Xəsarət alan var
16:42 08.10.2026
Cəbrayılda mina partladı - Xəsarət alan var
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
16:34 08.10.2026
Göygöldə uşaq musiqi məktəbinə yeni royal təqdim edildi - FOTOLAR
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
16:32 08.10.2026
“İlham Əliyevin Türkmənistan səfəri regional əməkdaşlığın inkişafına təkan verir”- Deputat
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?
16:25 08.10.2026
Siyasi etimaddan real iqtisadiyyata: Azərbaycanın sədrliyi regiona nə vəd edir?