Ceyhun Bayramovla italiyalı həmkarı arasında telefon danışığı olub

Ceyhun Bayramovla italiyalı həmkarı arasında telefon danışığı olub
SİYASƏT
16:59 21.11.2022
366
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı baş tutub.

Bu barədə AZXEBER.COM-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Qeyd olunub ki, C.Bayramov öncəliklə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsində baş tutan ali və yüksək səviyyəli səfərlərin, xüsusilə İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə və cari ilin sentyabr ayında İtaliyaya, habelə sabiq xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayonun 2022-ci ildə ölkəmizə səfərlərinin mühüm rol oynadığını qeyd edib.

Ölkələrimiz arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin və siyasi dialoqun "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” çərçivəsində daha da genişlənməsinin vacibliyi vurğulanıb. Nazir təhsil sahəsində iki ölkə arasında əməkdaşlıqdan bəhs edərək, İtaliya xarici işlər nazirinin Bakıya səfəri zamanı təməli qoyulmuş İtaliya-Azərbaycan Universitetinin əhəmiyyət daşıdığını bildirib. Enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilməklə yanaşı, sonuncu dəfə Romada keçirilmiş Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının Bakıda təşkilinə hazırlıq ifadə olunub.

Nazir eyni zamanda, Vətən müharibəsindən sonra post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri, Ermənistanla normallaşma və sülh prosesi barədə məlumat verərək, İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. Eyni zamanda, İtaliyanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində ilk iştirak edən ölkələrdən olduğu qeyd edilib.

Nazir Antonio Tayani Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. İtaliyanın bölgəmizdə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib. Nazir energetika ilə yanaşı, təhsil və mədəniyyət sahəsində də geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb.

Tərəflər, Azərbaycan və İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu, bu xüsusda İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğunu məmnunluqla qeyd ediblər. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsində Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan "TAP” qaz boru kəmərinin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

C.Bayramov İtaliya xarici işlər nazirini ölkəmizə səfərə dəvət edib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kapital Bank ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır
16:46 03.07.2026
Kapital Bank ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır
Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
16:44 03.07.2026
Vüqar Novruzov 655 bal toplayan şəhid övladı ilə görüşdü - FOTOLAR
Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
16:31 03.07.2026
Xaricdə təhsil alanlara niyə tələbə krediti verilmir? - AÇIQLAMA
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
16:23 03.07.2026
Magistraturada yenə 99 bal topladı: "Bu nəticəni gözləyirdim"
Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı
15:58 03.07.2026
Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
15:34 03.07.2026
“Süni intellekt və rəqəmsallaşmanın birgə aparılması təhsilə böyük töhfə verəcək”
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
15:32 03.07.2026
Dünyada hava kəskin dəyişir – İsti, quraqlıq və leysanlarla bağlı xəbərdarlıq edildi
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
15:19 03.07.2026
“Açıq Səma Altında Ağ Pərdə” layihəsi uğurla başa çatdı - FOTOLAR
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video
14:59 03.07.2026
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
14:51 03.07.2026
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
14:41 03.07.2026
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
14:40 03.07.2026
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
14:38 03.07.2026
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
14:34 03.07.2026
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
14:31 03.07.2026
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
14:18 03.07.2026
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"