Ceyhun Məmmədov: “İran prezidentinin Qarabağ səfəri regionda yeni reallığın göstəricisidir”

Ceyhun Məmmədov: “İran prezidentinin Qarabağ səfəri regionda yeni reallığın göstəricisidir”
SİYASƏT
16:13 07.07.2025
729
İran prezidentinin Qarabağa, Xankəndiyə səfəri, cənab Prezidentlə birlikdə Şuşanı ziyarət etməsi, Prezidentlə səmimi görüşü və sair hallar Azərbaycanın yaratdığı yeni reallığın göstəricisidir.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri "Hədəf" verilişinin bugünkü qonağı, Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib.

"Azərbaycan ölü təşkilatları diri təşkilatlara çevirir. Qoşulmama Hərəkatı əvvəllər o qədər də güclü bir təşkilat deyildi. Azərbaycan bu təşkilata rəhbərlik etdi, onun parlament şəbəkəsini yaratdı, gənclər şəbəkəsi formalaşdırıldı. Bu gün həmin təşkilat ən güclü beynəlxalq qurumlardan birinə çevrilib və  ikinci böyük beynəlxalq təşkilatdır.

Eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) da Azərbaycan yeni nəfəs verdi. Biz heç vaxt bu qədər genişmiqyaslı bir forumun şahidi olmamışdıq. Bu, sadə məsələ deyil. İlk dəfə İƏT həftəsi keçirildi: Qadınlar Forumu Laçında, Gənclər Forumu Ağdamda, Biznes Forumu Şuşada, Ümumi Sammit isə Xankəndidə təşkil olundu. Bu da Azərbaycanın yaratdığı reallığın növbəti təsdiqidir.

İranla bağlı məsələyə gəldikdə isə mən bunu cənab Prezidentin növbəti siyasi nailiyyəti hesab edirəm. 2020-ci ilə və ondan sonrakı dövrə qədər İran daim Ermənistanın yanında olmuş, onu dəstəkləmişdir. Son dövrlərə qədər İran daxilində bu istiqamətdə proseslərin getdiyini müşahidə edirdik.

İran prezidentinin Qarabağa, Xankəndiyə səfəri, Prezidentlə birlikdə Şuşanı ziyarət etməsi, səmimi görüşləri Azərbaycanın yaratdığı yeni reallığı bir daha nümayiş etdirir. Bu, İranın mövqeyində baş verən ciddi dəyişiklikdir. Səfər zamanı qeyd olunduğu kimi, İran daxilində müəyyən təxribatlar oldu. Hətta onların keçmiş diplomatlarından biri bəzi bəyanatlar verdi, guya əllərində hansısa məlumatlar var. Bu kimi addımlar səfərin baş tutmaması üçün planlaşdırılmışdı. Lakin səfər uğurla baş tutdu. Düşünürəm ki, bu, Azərbaycan-İran münasibətlərində yeni bir səhifənin, yeni və mühüm bir mərhələnin başlanğıcıdır.

İran bu gün təcrid olunmuş vəziyyətdədir. Eyni vəziyyəti Rusiya ilə bağlı da söyləmək olar. Buna baxmayaraq, hər iki dövlət bu əməkdaşlıqda maraqlı olmalıdır."
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentin təltif etdiyi Mətanət Əliverdiyevadan - AÇIQLAMA
16:26 05.11.2026
Prezidentin təltif etdiyi Mətanət Əliverdiyevadan - AÇIQLAMA
Unibank ağacəkmə kampaniyasında iştirak edib
16:22 05.11.2026
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
16:20 05.11.2026
Prezident bu məşhur aparıcıları da təltif etdi - FOTO
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir