Ceyhun Osmanlı: 'Bu təxminən bəzi şou-biznes ulduzlarının süni qalmaqallarına bənzəyir' - STATUS

Ceyhun Osmanlı:
Bütün Xəbərlər
11:00 17.12.2012
1307

Ceyhun Osmanlı: “Fredoom House”nin hesabatı ölkəyə heç səfər etmədiyi halda oradan bir dostunun göndərdiyi blog yazısı ilə məhdudlaşır”  Millət vəkili Ceyhun Osmanlı “Freedom House” təşkilatının Azərbaycanla bağlı bəyanatına münasibət bildirib. AZXEBER.COM xəbər verir ki, millət vəkili şəxsi “facebook” səhifəsində bu haqda yazıb: “Deyirlər ki, “Freedom House” soyuq müharibə dövrünün siyasətinə xarakterik olan təşkilatlardan biridir. Bununla razıyam. Amma təcrübəmə dayanaraq deyə bilərəm ki, bu tipli təşkilatlar böyük siyasətdə olduqca kiçik oyunçulardır və bir çox hallarda hansısa "birdəfəlik" məqsədlər üçün istifadə olunurlar. Xüsusilə də soyuq müharibə əgər bitibsə belə təşkilatlar özünü lazımsız hiss etməmələri üçün gündəmə gəlmək üçün etməyəcəyi iş yoxdur”.

Millət vəkili təşkilatın hesabatı hansı üsulla hazırlaması haqda da danışıb: “Bəzən elə düşünənlər var ki, belə bir təşkilat hansısa hesabat hazırlayırsa sanki o təşkilatda 100 nəfər toplanır, təhlil aparır və hesabat yazır. Əsla belə deyil. Bir çox hallarda belə hesabatlar sadəcə sifariş əsasında bir nəfərin ölkəyə səfər edərək və ya heç səfər etmədiyi halda ölkədən bir dostunun göndərdiyi blog yazısı ilə məhdudlaşır.

Ceyhun Osmanlı qeyd edib ki, “Fredoom House”nin bəyanatı şou-biznes adamlarının qalmaqallarına bənzəyir: “Bir reallıqdan da əminəm ki, belə hesabatları hazırlayanlar sonra onlara nə qədər çox tənqid gəlirsə özlərini o qədər xoşbəxt hiss edirlər. Bu təxminən bəzi şou-biznes ulduzlarının süni qalmaqallarına bənzəyir. Çünki o hesabatlar öncədən səs-küyə hesablanır və yazı müəlliflərini o andakı real vəziyyət və hisslər yox, sadəcə ajiotaj və ajiotajdan sonrakı addımlar maraqlandırır. Məsələn Azərbaycanda Eks-Prezidentlər haqqında qanun qəbul edilməsi çox önəmli hüquq və azadlıq məsələsi idi, hansı ki, uzun müddət ölkə gündəmindən düşmədi. Amma bizim marağımızda olan məsələ Freedom House kimi bir təşkilatın marağında deyildi.

Deputata həmçinin vurğulayıb ki, belə təşkilatlar haqda ciddi düşünmək düzgün deyil: “Müharibə nəticəsində hüquq lüğətinin bütün istiqamətləri üzrə hüquqları pozulmuş yüz minlərlə Azərbaycan insanın hüquqları haqqında Freedom House nə düşünür görəsən? Əgər doğru şeylər düşünmürsə onda sual olunur ki, biz niyə onlar və onların düşündükləri haqqında ciddi düşünməliyik?”

OXŞAR XƏBƏRLƏR