Ceyhun Osmanlı: 'Sərgiyə prezidentin gəlməsi gənclər təşkilatına verilən ən yüksək qiymətdir'

Ceyhun Osmanlı:
GƏNCLİK
17:47 29.11.2012
1761

Gənclər təşkilatlarının IV Respublika sərgisinə prezidentin gəlməsi gənclər təşkilatına verilən ən yüksək qiymətdir.

Çünki, artıq bu sərgidən sonra hər bir gənclər təşkilatı dərk etdi ki, onlar şəxsən cənab prezidentin qarşısında hesabat verir və onların fəaliyyətini şəxsən prezident özü izləyir.Bu fikirləri Gün.Az-a açıqlamasında millət vəkili Ceyhun Osmanlı Bakıda keçirilən Gənclər təşkilatlarının IV Respublika sərgisi haqqında deyib.O qeyd edib ki, sərgi gənclər təşkilatlarının sonrakı fəaliyyəti üçün də həddindən artıq böyük stimul yaratmış oldu.“Ona görə ki, ölkənin 1-ci şəxsinin və xanımının bu sərgiyə getməsi xüsusi olaraq gənclər təşkilatına marağı və diqqəti artırırdı. Belə ki, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, təşkilatlar, digər ölkələrin nümayəndələri, millət vəkilləri bu sərgiyə gəlirdilər. Bununla da ölkə başçısının orada olması tədbirin önəmini qat-qat artırırdı”.Millət vəkilinin sözlərinə görə, layihə həm də gənclər təşkilatlarının yeni uğura imza atmasına, əlaqələrini daha da genişləndirməsinə imkan yaradacaq. Çünki bu sərgi bir daha onu sübut etdi ki, bu gün bu təşkilatlar ictimai və sosial sifarişlər yerinə yetirə biləcək gücə sahibdirlər.“Bu gün gənclər təşkilatlarının sayı da durmadan artır. Eyni zamanda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının hazırlanması da gənclər üçün böyük stimul yaradır”.C.Osmanlı vurğulayıb ki, bu, son 1 il ərzində ölkə başçısının gənclərlə 2-ci önəmli görüşü idi.Ölkə başçısı sərgidə təşkilatların fəaliyyəti ilə yaxından tanış olaraq hətta onların bir neçəsini artıq tanıdığını və fəaliyyətini izlədiyini də deyib.“Həmçinin onu da deyim ki, hamıya məlumdur ki, regionlarda da belə tədbirlər keçirilir. Gənclər təşkilatlarının bu cür möhtəşəm sərgisi 1-ci dəfə idi ki, keçirilirdi. Sərgi onu göstərdi ki, bu artıq bir ənənə halını alacaq. Bununla da hər bir təşkilat bu cür brendləşmiş sərgiyə daha səylə çalışaraq özünün fəaliyyət hesabatı ilə qatıla biləcək”.Millət vəkili bir maraqlı faktı da diqqətə çatdırıb. Belə ki, o bildirib ki, bu sərgi həm də ölkə gənclərinin biri-birini tanıması üçün perspektiv imkan yaratmış oldu.“Gənclər təşkilatları ayrı-ayrılıqda fəaliyyət göstərir, ancaq bəzən onlar bir-biri haqqında məlumata malik deyillər. Lakin bu sərgidə fərqli təşkilatların nümayəndələri bir-birilərinin stendlərinə baxırdılar. Bununla da özlərinə, ünsiyyətdə olaraq və baxaraq nəticə çıxarırdılar.Deməli, sərgi həm də gənclər üçün çox gözəl bir ünsiyyət mühiti oldu. İnanıram ki, dövlətin gənclərə olan diqqəti və qayğısı hər zaman davam edəcək və öz növbəsində gənclərimiz də bundan hər zaman səmərəli istifadə edəcəklər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib