COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb

COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
SOSİAL
18:37 21.12.2024
421
Böyük maliyyə vəsaitinə və siyasi gücə malik dövlətlər hədəflərində olan başqa bir dövlətə beynəlxalq insan hüquqları təşkilatları vasitəsilə müxtəlif mövzularda dayanmadan hücumlar edir, bəyanatlar verdirir, beynəlxalq nüfuzunu zədələməyə çalışır, sanksiya və başqa vasitələrlə təhdid edirlər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, özlərinin nəzarətində olan media qurumları vasitəsilə hədəfdə olan ölkəyə qarşı yalan və iftira dolu, birtərəfli mövqeyi əks etdirən yazılar hazırlayıb, proksi medialarda, müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində dünya üzrə kütləvi şəkildə yayırlar.

Qeyd olunub ki, COP29-a ev sahibliyi yekdilliklə Azərbaycana verildikdən dərhal sonra beynəlxalq mediada ardıcıllıqla bir neçə irad üzrə kampaniya başladılıb. Hesabat müəllifləri vurğulayıblar ki, ortaya atılan birinci irad BMT-nin iqlim konfransına nə üçün neft ölkəsinin ev sahibliyi etməsi olub. Dünyanın aparıcı media qurumları bu mövzunu manşetlərinə çıxarıb, mövzu ətrafında güclü ajiotaj yaradıblar:

"Sanki Azərbaycan Respublikası BMT-nin tamhüquqlu üzvü deyil, başqa bir planetdə yerləşir və bu tədbiri keçirməyə haqqı çatmır. Məlumat üçün deməliyik ki, 1995-ci ildə keçirilən ilk COP-dan bəri ev sahibliyi edən ölkələrdən bir-ikisini çıxmaq şərti ilə, qalanları qazıntı yanacağı istehsalçılarıdır. Yəni bununla bağlı Azərbaycanı ittiham etmək ən azı riyakarlıq hesab oluna bilər".

Hesabatda qeyd olunub ki, növbəti irad isə vaxtilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifə tutmuş şəxsin COP29-a rəhbər gətirilməsi məsələsi idi:

"Halbuki, Muxtar Babayev beş ildən çox idi, ekologiya və təbii sərvətlər naziri vəzifəsində işləyirdi, SOCAR-da isə ekologiya məsələləri üzrə məsul vəzifələrdə çalışmışdı. Bu arqument də əsassız olduğu üçün heç bir nəticə vermədi".

Hesabatda vurğulanıb ki, COP29-a hüququnu Azərbaycana verən 197 ölkə və Avropa İttifaqı əleyhinə heç bir fikir səsləndirilməyib:

"Bəzi qüvvələr tərəfindən COP29-la bağlı yaradılan Təşkilat Komitəsində qadınların olmaması məsələsi ortaya atıldı, lakin bu məsələ də öz həllini tapandan sonra yeni bəhanə tapa bilmədikləri üçün köhnə, lakin "işlək" mövzu olan, iqlim konfransı ilə heç bir əlaqəsi olmayan insan hüquqları məsələsini, xüsusən də Azərbaycana və xalqımıza qarşı müharibə cinayətləri törətmiş erməniəsilli şəxslərin mühakiməsiz azad edilməsi və Ermənistanla sülh məsələlərini gündəmə gətirdilər. Bu günədək də əsasən, sonuncu qeyd olunan mövzularda geniş kampaniya aparılır".

Milli Məclisin hazırladığı hesabatda qeyd olunub ki, ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
16:01 02.11.2026
“Stop” sözü “Toxta” ilə əvəzlənə bilməz – Dilçidən deputatın təklifinə ETİRAZ
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
16:00 02.11.2026
Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
15:57 02.11.2026
Vəzifəli şəxs rüşvətə görə həbs edildi
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
15:31 02.11.2026
Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
15:28 02.11.2026
Deputat “Halloween”dən danışdı: “Öz milli bayramlarımızı qeyd etməyən insanlar…”
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
15:17 02.11.2026
HONOR X9e Pro: Sərhədlərə meydan oxu
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
15:13 02.11.2026
Bu şəxslərə həftəiçi ilk gediş 1 qəpik olacaq
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
14:47 02.11.2026
Fazil Mustafa: “Əmək hüquqlarını qorumaq istəyərkən sahibkarlar da çətinlik çəkir”
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
14:32 02.11.2026
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: “Azərbaycanlı uşaqlar öz dilində oxusun”
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək