COVID-19-a yoluxan həyat yoldaşını balkondan atdı

DÜNYA
11:02 25.06.2020
5769
COVID-19 pandemiyası ailə-məişət zəminində də ciddi fəsadlara səbəb olur. Misir paytaxtında bir kişi virusa yoluxmuş həyat yoldaşını yaşadığı binanın beşinci mərtəbəsinin balkonundan aşağı atıb. Xoşbəxtlikdən qadın sağ qalıb və Qahirənin Ain Şəms Universitetinin xəstəxanasında əməliyyat olunub. Həkimlər COVID-19-a yoluxmuş və aşağı ətraflarında sınıqlar olan qadının karantin şəraitində müalicə olunacağını bildiriblər. Cinayəti törədən ər isə həbs olunub və müstəntiq xəstəxanada yatan zərərçəkənin ifadəsini aldıqdan sonra işi məhkəməyə göndərəcək. Müttəhim ifadəsində bildirib ki, o, arvadından evi tərk etməsini tələb edib, rədd cavabı aldıqda isə onu balkondan aşağı atıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, yerli psixoloqlar bu hadisəni şərh edərək qeyd ediblər ki, COVID-19 pandemiyası təkcə Misirdə deyil, bütün dünyada insanların psixi vəziyyətinə zərbə vurub. Psixoloq Nərmin Geyid vurğulayıb ki, parklara, əyləncə məkanlarına, ticarət mərkəzlərinə getməkdən məhrum olan, habelə maddi çətinliklərlə üzləşən insanlar mənfi enerjisini ailə-məişət zəminində reallaşdırır.

Bu arada, Misirin Səhiyyə Nazirliyi son sutka ərzində daha 1420 nəfərin COVID-19-a yoluxduğunu, ümumi yoluxma hallarının isə 60 minə çatdığını bildirib. Əlavə edilib ki, iyunun 24-də yeni növ koronavirusdan 85 nəfər vəfat edib, həyatını itirənlərin sayı isə 2450-yə çatıb.

OXŞAR XƏBƏRLƏR

X Mostbet