COVID-19-da hansı simptom daha ölümcüldür? - AÇIQLAMA

COVID-19-da hansı simptom daha ölümcüldür? - AÇIQLAMA
SAĞLAMLIQ
11:32 19.11.2021
492
"COVID-19-un ən ağır simpotmu insanın hərarəti düşdüyü zaman başlayır".

Bu sözləri həkim-immunoloq Vladislav Jemçuqov "Ulduz" portalına müsahibəsi zamanı bildirib.

O, xəstənin hərarətinin düşməsinin koronavirusa yoluxan zaman ən ağır simptom olduğunu, bundan sonra bədənin bütün müqavimətini itirdiyini açıqlayıb:

"Bu, ən ağır vəziyyətdir. Hərarət 36 dərəcə və ondan aşağı olarsa, mütləq diqqətli olmaq lazımdır. Bədənin temperaturu onun gücündən və potensialından asılıdır. Bədən temperaturu hormonal sistemlərə, yəni qalxanabənzər vəzi, cinsi hormonlar, böyrəküstü vəzin vəziyyətinə birbaşa təsir edir.

Əgər temperatur aşağı düşübsə, bu, o deməkdir ki, orqanizm toksinlərlə və infeksiyalarla artıq mübarizə apara bilmir. Belə koronavirus xəstələrinə fərdi yanaşma tələb olunur, bu zaman bədənin müqavimətini artıran dərmanlardan istifadə etmək lazımdır".

Həkim onu da bildirib ki, xəstəlik yüngül formada olarsa o zaman insan "adi temperatur"da olur. 
 
///BAKU.WS
OXŞAR XƏBƏRLƏR