Cüdoçularımız Avropa Kubokunu 9 medalla başa vurublar

Cüdoçularımız Avropa Kubokunu 9 medalla başa vurublar
İDMAN
22:52 05.07.2026
283
Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında keçirilən Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.

Azərbaycan Cüdo Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, yarışın ikinci günündə yığma aktivinə 8 medal yazdırıb.

Mehdi Abbasov (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (81 kiloqram), Canpolad Əliyev (100 kiloqram) və Nərgiz Əhmədova (48 kiloqram) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (90 kiloqram), Davud Namazlı (100 kiloqram) və Xədicə Qədəşova (57 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (73 kiloqram) gümüş medala yiyələnmişdi.

Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığmamız 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.
OXŞAR XƏBƏRLƏR