D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması müzakirə olunur

D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması müzakirə olunur
MEDIA
13:45 21.11.2025
268
"Hazırda Bakıda D-8-in ilk media forumu keçirilir. Forumun məqsədi D-8-ə üzv dövlətlərin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi, media təhlükəsizliyinin beynəlxalq və regional səviyyədə inkişafına dəstək göstərilməsi, dezinformasiya ilə mübarizə və rəqəmsal mühitdə qarşılıqlı əməkdaşlıq platformalarının yaradılmasıdır”.

Bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması fonunda strateji plan müzakirə olunur: "Media Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və təşkilatın Baş katibinin ölkəmizə səfəri zamanı verdiyi tövsiyə əsasında başlanıb. Hazırda Media Mükəmməllik Mərkəzinin strateji planı forum iştirakçılarına təqdim edilib. Günün sonuna qədər ekspertlər mərkəzin gələcək fəaliyyət istiqamətləri üzrə işlərini davam etdirəcəklər”.

Əhməd İsmayılovun sözlərinə görə, müzakirələr göstərir ki, üzv dövlətlər belə bir media forumunun keçirilməsini yüksək qiymətləndirir və onun illik əsasda təşkil olunmasını dəstəkləyən müvafiq bəyanatlarla çıxış edirlər: "Media Mükəmməllik Mərkəzinin yaradılmasında əsas məqsəd D-8 ölkələri arasında media sahəsində əməkdaşlığın inkişafı, dezinformasiya və saxta xəbərlərlə mübarizənin gücləndirilməsi, media kadrlarının peşəkar hazırlığının yaxşılaşdırılması və birgə layihələrin həyata keçirilməsidir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı