Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı
SOSİAL
11:27 19.08.2026
160
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib.

Qeyd edilib ki, I Qarabağ müharibəsində itkin düşən, daha sonra nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilən Məmmədov Çümşüd Həsənxan oğlu, İsmayılov Sərdar Cəfər oğlu, Məhərrəmov Vaqif Mənsim oğlu, Nərimanov Mürşüd Nadir oğlu, Qurbanov Akif Cəbrayıl oğlu avqustun 21-də dəfn ediləcək.
 


OXŞAR XƏBƏRLƏR