Daha bir ermənipərəst siyasətçi korrupsiya qalmaqalına tuş gəldi

Daha bir ermənipərəst siyasətçi korrupsiya qalmaqalına tuş gəldi
SİYASƏT
21:55 28.11.2023
418
Qatı ermənipərəst mövqeyilə tanınan, vaxtilə Laçın yolunda quraşdırılan sərhəd buraxılış məntəqəsinə görə Azərbaycanı hədələyən Paris meri Ann İdalqo ətrafında siyasi qalmaqal yaranıb.

Caliber.az xəbər verir ki, bu yaxınlarda o, həyat yoldaşı ilə birgə Yeni Kaledoniya və Fransız Polineziyasına iki həftəlik işgüzar səfərə gedib. İdalqonun adalarda və Sakit Okeanda keçirdiyi bütün müddət ərzindəki xərcləri dövlət büdcəsindən ödənilib.

Lakin səfərin işgüzar hissəsi cəmi bir həftə davam edib. İdalqo səyahətinin ikinci həftəsindən yaxınlıqdakı adalardan birində məskunlaşan qızını ziyarət etmək üçün istifadə edib. O, izi itirmək üçün sosial şəbəkələrdə Paris küçələrində velosiped sürdüyünə dair videoları yerləşdirib.

Bu azmış kimi, İdalqonun səfər çərçivəsində planlaşdırılan rəsmi tədbirlərin əksəriyyətinə qatılmadığı da ortaya çıxıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Ümumilikdə, mer öz səfərinə təxminən 60 min avro xərcləyib.

Maraqlıdır ki, son zamanlar erməni maraqlarına xidmət edənlər nədənsə bir qayda olaraq korrupsiya qalmaqalına tuş gəlirlər. Bu baxımdan, müxtəlif dini təşkilatların "ianələrini” öz hesabatında əks etdirməyən Baronessa Kerolayn Koksu, Avropa Parlamentinin üzvü, böyük "Qatargayt” qalmaqalında əli olan və axtarış zamanı evində əskinaslarla dolu çantalar tapılan Yeva Kaylini və təbii ki, 2024-cü ilin mayında dörd cinayət işi üzrə mühakimə olunacağı gözlənilən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Bob Menendesi xatırlamaq yerinə düşər.

Qeyd edək ki, erməni diasporunun lobbiçilərə xərclədiyi pullar da, yumşaq desək, tam şəffaf mənbədən əldə olunmayıb. Xüsusilə, Avropanın ən böyük erməni lobbi təşkilatı olan Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası (EAFSD) Afrikanın münaqişə bölgələrindən Belçikaya rəngarəng brilyant qaçaqmalçılığından qazanc əldə edən özəl şirkət tərəfindən maliyyələşdirilir.

Maraqlıdır ki, Ermənistanı müdafiə edən insanlar "ədalət”, "insan haqları”, "demokratiya” kimi sözlər işlətməyi çox sevir, lakin mahiyyətcə korrupsioner məmur olmaları ilə seçilirlər. Bu ikiüzlülük erməni ideyasının özü ilə heyrətamiz dərəcədə uyğunlaşır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
İndoneziyada yük maşını aşıb, ölənlər var
20:35 06.10.2026
İndoneziyada yük maşını aşıb, ölənlər var
İranda 70 siyasi məhbus edam edildi
20:30 06.10.2026
İranda 70 siyasi məhbus edam edildi
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
20:23 06.10.2026
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq
20:20 06.10.2026
Rusiya XİN: Gümrüdəki hərbi bazanın taleyini müzakirə etməyə hazırıq