Daha "necə ərə gedim" deməyəcəksiz (SİYAHI)

Daha "necə ərə gedim" deməyəcəksiz (SİYAHI)
MARAQLI
14:17 30.09.2011
3065

Məlumdur ki, kişilər ailə qurmaq məsələsində qadınlardan daha ehtiyatlıdırlar. Bəzən sevgiliniz sizi dünyalar qədər sevsə belə, evlilik haqqında düşünmür və ya düşünmək istəmir. Qızların isə həyatda ən böyük arzusu ağ libasda, sevdiyi insanla qol-qola vağzalı sədaları altında ata evini tərk etməkdir. AZXEBER.COM "Aysel" jurnalına istinadla ərə getməyin 7 üsulunu açıqlayır. Bu məsələdə ən vacibi diqqətli olmaq və özünü düzgün aparmaqdır. Ananın gül balası Əgər sevgiliniz ananın gül balasıdırsa, müvəffəqiyyət qazanmaq üçün sizə yalnız onun valideynlərilə tanış olmaq lazımdır, xüsusən də anasının ürəyini fəth etməyə çalışın. Tanışlığa ciddi hazırlıq görmək məsləhətdir. Əvvəlcədən onun necə xasiyyətdə olduğunu və nələr sevdiyini öyrənmək vacibdir. Əgər o, evdar qadındırsa, demək oğluna özü kimi bacarıqlı qız axtarır: dadlı yeməklər bişirən, ev işlərindən başı çıxan. Siz ona tərbiyəli və mədəni ailədən olduğunuzu göstərməlisiniz, uşaqları çox sevdiyinizi və yoldaşınızın nazını çəkməyə hazır olduğunuzu bildirməlisiniz. Əgər xoşuna gəlsəniz, o sizə oğlunun uşaqlığı haqqında danışmağa başlayacaq, sizə isə hər şeylə razılaşmaq və şirin gülümsəmək qalır. Nəticə: iki-üç gündən sonra anasının təəssüratları barədə soruşun. Əgər sevgiliniz anasının sizi bəyəndiyini desə, demək qalib gəldiniz. Qalan işləri ana özü həll edəcək, sizə isə gəlinlik seçmək və "hə" demək qalacaq. Əlçatmaz olun Yadda saxlayın ki, kişilər bir şeyi nə qədər tez əldə edərsə, o qədər tez həvəsi keçər. Odur ki, hərdən onunla soyuq davranın, zəng etdikdə dəstəyi götürməyin, ya da gec götürün. Qoy sizin yoxluğunuzu hiss etsin. Amma həddi aşmayın. Bir gün mehriban, yumşaq olanda, səhəri gün soyuq və təmkinli olmağa çalışın. Kişilər qalib gəlmək üçün hər şeyə qadirdir, hətta evlənməyə. Onu qısqandırın, başa düşməlidir ki, onun yerində başqası da ola bilər. Əslində hər şey sizin ustalığınızdan asılıdır. Çalışın onun işlətdiyi hər cümləni öz xeyirinizə çevirəsiniz. Məsələn, o deyir: «Əzizim, sən nə gözəl yeməklər bişirirsən», siz düşünmədən «O, yox. Mən bunu hər gün edə bilmərəm. Ailə həyatı o qədər çətindir ki, lap istəsən də sənə gələn deyiləm!». Çalışın onun hər dediyini bu cür yozasınız. Bir müddət keçəndən sonra o sizi itirməkdən qorxacaq və təbii ki, ömür boyu sizinlə olmaq istədiyini söyləyəcək. Bu məqamda artıq oyuna ehtiyac olmur, arzunuza çatdınız! Onun dostuna çevrilin Adətən kişilər tanıdığı qadınla ailə qurmaq istəyir. Hərdən ona qadın yox, sadəcə yoldaş, dost lazımdır. Onu dinləməyi öyrənin, problemləri haqqında soruşun və lazım gəlsə, dəyərli məsləhətlər verin. Çalışın o sizə öyrəşsin. Sizsiz qərar qəbul edə bilməsin. Bir gün başa düşəcək ki, belə dost ömür boyu onun yanında olmalıdır. Kişilərlə münasibət qurduğunuz zaman çalışın bir az səbirli və sadə olasınız. Ona gələcək həyat yoldaşı kimi baxmayın. Ən yaxşısı onu dost hesab etməkdir, bir yerdə gəzin, gülün, əylənin, bir sözlə, həyatın dadını çıxarın və ciddi məsələlərin müzakirəsini ortaya atmayın. Bu, sevgilinizi qorxuda bilər. Bildiyiniz kimi, kişilər çox qorxaqdır, özlərini hərdən «maço» kimi aparsalar belə. Ən tərbiyəli, ən etibarlı Onun inandırın ki, dünyada sizdən tərbiyəli və etibarlı qadın yoxdur. Hər kişi istəyir ki, onun xanımı təkcə ona baxsın, təkcə onu sevsin və hər zaman ona pərəstiş etsin. Burada bir məqam var, sizin keçmiş sevgililəriniz. Onlar haqqında danışmaq lazım deyil. Əgər ərə getmək arzusundasınızsa, həyatınızda ondan əvvəl heç kəsin olmadığını söyləyin. Təbii ki, bu sizin yaşınızla bağlıdır, əgər 30-40 yaşlı xanımsınızsa, bu o qədər də inandırıcı olmaya bilər. Ona qədər heç kəsi bu dərəcədə sevmədiyinizi söyləyin, bir az gülümsəməyi və gözlərinizi süzməyi unutmayın. Biclik Bu ən çox yayılan və qızların istifadə etdikləri variantlardan biridir, xüsusən də Azərbaycanda. Hər gün olmasa da, hərdən sevgilinizin yanında sizə hansısa bir oğlanın elçi göndərdiyini xəbər verin. Amma bunu edərkən bir az qəmli görünməyə çalışın. Sanki bu hadisə sizi kədərləndirir və valideynləriniz sizi bu addımı atmağa məcbur edir. Restorana və ya kinoya getdiyiniz zaman çalışın digər oğlanların diqqətini cəlb edəsiniz, onların biri də olsa sizə baxsa, işlər yoluna düşəcək. Sevgilinizi hər zaman qısqandırmağa çalışın, nə qədər çox olsa, o qədər yaxşıdır. Yaxşı olar ki, ona psixoloji təzyiq göstərəsiniz. Məsələn, evli cütlük görəndə onların necə gözəl göründüyünü söyləyin, bir-birinə sevgi ilə baxdıqlarını və necə xoşbəxt olduqlarını. Və hərdən «Sən bizi də belə təsəvvür edirsən, biz daha çox yaraşırıq» və s. sonrası artıq fantaziyanızdan asılıdr. Amma həddini aşmayın, o özünə qapana bilər və siz nəinki evlənmək, onunla münasibəti belə unutmalı olacaqsınız. Tam sakitlik Yadda saxlayın ki, kişilər sakitliyi xoşlayır. Onların həyatı onsuz da çətindir, iş, ev, problemlər onu daha da çətinləşdirir. Öz problemləriniz haqqında çalışın danışmayasınız, bundan əlavə, heç vaxt sərt olmayın. Kişilər hər zaman nəvaziş istəyir. Nəvazişi isə ona siz göstərməlisiniz. Sizinlə olarkən o, istirahət etməli və dərdini unutmalıdır. Ona anasını əvəz edin. Hərdən zəng vurun və hal-əhvalını soruşun, bir neçə şirin söz və ya zarafatla keyfini qaldırın. Ona gözlənilməz bir zaman hədiyyə edin, onun yanında olduğunuzu və əndişə etdiyinizi hiss etdirin. Sevginizi, qayğınızı ona göstərin, o tək olmadığını başa düşməlidir. Siz onun ən əziz insanına çevrilməlisiniz. Bu o qədərdə çətin deyil, sınamaqdan keçirməyə dəyər. Mən səni sevirəm Mən səni sevirəm və bütün həyatımı sənə həsr etmək istəyirəm. Əgər onunla ömür boyu yaşamaq istəyirsinizsə və hər nazını çəkməyə hazırsınızsa, bunu söyləmək yetərlidir. Çünki kişilər qadında ən çox səmimiyyətə üstünlük verir və uşaq kimi əzizlənməyi xoşlayırlar. Ən önəmlisi də odur ki, «hə» cavabını aldıqda toya hazırlıq barədə bir neçə gün danışmayın və ya çalışın xırda məsələləri özünüz həll edəsiniz. Kişiləri evlilikdən saxlayan səbəblərdən biri məhz xırda problemləri həll etməkdir. Onlar adilikdən, günlərin mənasız keçməsindən qorxur. Adətən evli dostlar subay dostlara «Ağlın varsa evlənmə!» deyir və bu sözlər ona təsir edir və o fikrindən daşına bilər. Bu məqamda köməyə siz gəlməlisiniz, ona hiss etdirin ki, sizinlə birlikdə həyat maraqlı, günləriniz sevinc və zarafatla keçəcək. Bunları başa düşsə, heç bir problem qalmayacaq. Bir də çalışın həmin «pis» dostları ilə az ünsiyyətdə olsun. Bunun sizə yalnız faydası ola bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”