'Danışan kitablar' gəlir

GƏNCLİK
11:20 10.04.2012
2574
11 Aprel 2012-ci il tarixində, saat 13:00 da “Akademiya” Kitab mərkəzində “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi “ Danışan kitablar” adlı yeni layihəsinə start verir.   Birliyinin vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaq, xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum olmuş uşaqların probleminin həllinə nail olmaq və onların cəmiyyətə sosial psixoloji adaptasiyasına kömək olmaq üçün keçirdiyi uğurlu layihələrinidən növbətisi “Mənə savad VER!!!” şüarı altında “Danışan Kitablar” layihəsidir.  

Layihənin məqsədi internat məktəbləri və uşaq evlərində yaşayan kimsəsiz uşaqların dünyagörüşünün artırılmasını, cəmiyyətə baxışı formalaşdırmaqdır. Üç ay ərzində davam edəcək layihə çərçivəsində uşaqlar Azərbaycanın tanınmış yazıçıları və şairləri ilə görüşəcək, onların fikirlərini, həyat təcrübələrini bölüşəcək, dünya klassik ədəbiyyatını, görkəmli yazıçıların əsərlərini oxuyacaq, müzakirə edəcəklər. Görüşlər “Akademiya” Kitab mərkəzində ayda iki dəfə olmaqla baş tutacaq. Kitab mərkəzinin rəhbərliyi uşaqlara mütaliyyə üçün kitablar hədiyyə edəcək. Layihə müddətində üç internat məktəbindən 40-a yaxın uşağın iştirakı nəzərdə tutulub.

Layihəyəyə təşkilatı dəstəyi “Akademiya” Kitab Mərkəzi, TUSI BOHM PLANETARIUM, Vinni Kulinariya göstərir.

OXŞAR XƏBƏRLƏR