"Danışıqlar prosesi dalana dirənib" - Ceyhun Bayramov

"Danışıqlar prosesi dalana dirənib" - Ceyhun Bayramov
SİYASƏT
19:08 15.09.2020
988

Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib.

Xarici İşlər Nazirliyindən AZXEBER.COM-a bildirilib ki, Ceyhun Bayramov Azərbaycan və Fransa arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, ölkələrimiz arasında Azərbaycanın müstəqilliyini bərpa etməsinin ilk illərindən başlayaraq əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Yüksək səviyyəli səfərlər də daxil olmaqla, iki ölkə arasında müxtəlif sahələr üzrə mövcud olan mübadilə və təmasların qarşılıqlı faydalı əlaqələrimizin daha da genişlənməsinə böyük töhfə verdiyi qeyd olunub.

Səfir Zakari Qros Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Jan İv Lö Drianın səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb. O, Fransanın Avropa və Xarici İşlər nazirinin Azərbaycanlı həmkarını Parisə rəsmi səfərə dəvət etdiyini bildirib.

Tərəflər iki ölkə arasında siyasi, iqtisadi, enerji, ticarət, humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparıblar. Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, iqtisadi sahədə mövcud potensialdan tam istifadə olunması, o cümlədən Hökumətlərarası Iqtisadi Komissiyanın fəaliyyətinin əhəmiyyəti, eləcə də təhsil sahəsindəki uğurlu əməkdaşlığın Fransa-Azərbaycan Universiteti (UFAZ) timsalında uğurlu nümunəsini qeyd edərək bu xüsusda əlaqələrin gələcəkdə daha da genişləndirilməsi məsələlərinə diqqət yetirilib.

Nazir Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Fransa səfirinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranmış vəziyyət barədə ətraflı məlumat verib. Münaqişənin həlli üzrə danışıqlar prosesinin Ermənistan tərəfinin nümayiş etdirdiyi son dərəcə təxribatçı və məsuliyyətsiz davranış səbəbindən dalana dirəndiyi qeyd olunub. Ermənistan rəhbərliyinin bölgədə gərginliyin alovlanmasına xidmət edən təhrikçi əməlləri və bu kimi təxribatçı fəaliyyətə Minsk Qrupu həmsədrləri tərəfindən münasibət bildirilməməsi təəssüflə vurğulanıb. İşğalçı Ermənistan ilə, ərazilərə 30 ilə yaxındır ki, işğal altında saxlanılan Azərbaycana tarazlı mövqe nümayiş etdirilməsinin düzgün olmadığı bildirilib. Həmçinin son zamanlar Ermənistanın geniş şəkildə silahlanmasının bu ölkənin yeni təxribatlarda maraqlı olduğunun göstəricisi olduğu vurğulanıb.

Səfir Zakari Qros Fransanın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq, münaqişənin həlli üzrə danışıqlarda irəliləyişin əldə olunmamasından ökəsinin də narazı olduğunu qeyd edib.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha hökm oxundu
21:38 17.06.2026
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha hökm oxundu
Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən bahalaşma olacaq
21:35 17.06.2026
Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən bahalaşma olacaq
Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO
21:31 17.06.2026
Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO
Ziyan yarım milyon manata yaxın olub... - İlk dəfə
21:28 17.06.2026
Ziyan yarım milyon manata yaxın olub... - İlk dəfə
Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
21:18 17.06.2026
Gələn həftə üç gün ardıcıl İŞ OLMAYACAQ
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verildi
21:12 17.06.2026
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verildi
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
20:57 17.06.2026
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Bu ərazidə qaz olmayacaq
20:54 17.06.2026
Bu ərazidə qaz olmayacaq
Bakıkartdan ödənişlərdə yaranan problemlə bağlı AÇIQLAMA
20:42 17.06.2026
Bakıkartdan ödənişlərdə yaranan problemlə bağlı AÇIQLAMA
Direktordan sonra müavini də işdən çıxdı
20:40 17.06.2026
Direktordan sonra müavini də işdən çıxdı
Yasamaldakı yanğınla bağlı məhkəmə başladı - "Övladımın ölümünə səbəb olanlar ağır cəzalandırılmalıdır"
20:34 17.06.2026
Yasamaldakı yanğınla bağlı məhkəmə başladı - "Övladımın ölümünə səbəb olanlar ağır cəzalandırılmalıdır"
Bruno Lanqa “Qarabağ”da
20:23 17.06.2026
Bruno Lanqa “Qarabağ”da
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı - Ən yüksək balı onlar topladı
20:12 17.06.2026
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı - Ən yüksək balı onlar topladı
ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ
20:05 17.06.2026
ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
19:39 17.06.2026
Dələduzluq piramidasının admini olan şəxsə cəza istənilib
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək
19:26 17.06.2026
Vens: İran davranışını əsaslı şəkildə dəyişməsə, iqtisadi imkanlardan faydalana bilməyəcək