“Davam” VIII Azərbaycan-Rusiya Gənclər Forumunda təmsil olundu

“Davam” VIII Azərbaycan-Rusiya Gənclər Forumunda təmsil olundu
GƏNCLİK
16:47 22.12.2020
1182
22 dekabr, 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə VIII Azərbaycan-Rusiya Gənclər Forumu baş tutub.

Rusiya və Azərbaycan gənclərini birləşdirən Forumda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Sankt-Peterburq şəhərinin Azərbaycan Milli Mədəni Muxtariyyətinin yanında Azərbaycan gənclər təşkilatının sədri Elman Manafov, Rusiya və Azərbaycandan olan digər nümayəndələr, millət vəkilləri iştirak edib.

Forumda "Davam" Ümumrespublika Gənclər Hərəkatının İdarə heyətinin üzvü Sabir Rüstəmov təmsil edib. Sabir Rüstəmov öz çıxışında bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər xalqlarımız arasında əsrlər boyu davam edən dostluq, mehriban qonşuluq əlaqələri və qarşılıqlı hörmətə əsaslanır. Bu münasibətlərin nəticəsidir ki, hazırda Azərbaycan və Rusiya universitetləri arasında aktiv tələbə mübadiləsi aparılır, azərbaycanlı gənclərin rus dilinə böyük marağı var, bir çox Azərbaycan məktəb və universitetlərində rus dili tədris olunur.

S. Rüstəmov bildirib ki, xüsusilə iki ölkə Prezidentlərinin siyasi münasibətləri, birgə müdrik əməkdaşlığı, yaxın dostluq əlaqələri ölkələrimizi bir çox sahələrdə strateji tərəfdaşa çevirib. Mütəmadi keçirilən bu forumlar Azərbaycan və Rusiya arasındakı əlaqələrin bütün sahələrdə inkişafı, mədəni və dostluq münasibətlərinin gələcək nəsillər arasında da davam etdirilməsi prosesinə öz müsbət töhfəsini verir.

Sabir Rüstəmov çıxışında İkinci Qarabağ Müharibəsindən danışan zaman, bu müharibədə iştirak edən və Azərbaycan uğrunda canından keçən rus əsilli şəhidlərimizin olduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, 17 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində yaşayış məntəqələrinin və mülki əhalinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində 13 yaşlı Rusiya vətəndaşı Mayakov Artur Vladimiroviçin həyatını itirməsi ilə bağlı ağrı və təəssüf hissi keçirir.

Sabir Rüstəmov həmçinin bir neçə ay əvvəl fəaliyyətinə başlamasına baxmayaraq, artıq xeyli sayda uğurlu addımlar atan, layihələr ərsəyə gətirən "Davam" Ümumrespublika Gənclər Hərəkatı barəsində də məlumat verib. Çıxışının sonunda Azərbaycan və Rusiya arasındakı münasibətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin siyasi iradəsi, eləcə də aralarındakı qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri sayəsində inkişaf edəcəyi qeyd olunub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir