Katarakt

“DAVAM”çı gənclər YAP Gənclər Birliyinin İdarə Heyətinə üzv təyin edildilər

GƏNCLİK
17:32 11.03.2021
2056

"DAVAM” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, hərəkatın funksionerləri Sabir Rüstəmli və Niyaz Əliyev Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvü təyin ediliblər.

Bununla bağlı SOSİUM.az-a danışan "DAVAM” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı bildirib ki, son qurultaydan sonra partiyanın fəaliyyətində müəyyən dəyişikliklər həyata keçirilib:

"Bundan sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin İdarə Heyətinin üzvləri partiya sədrinin təqdimatı ilə partiyanın idarə Heyəti tərəfindən təsdiq ediləcək. Artıq Möhtərəm Cənab Prezident, partiyamızın sədri həm mənim, həm də hərəkatımızın rəhbərliyində təmsil olunan – Sabir Rüstəmli və Niyaz Əliyevin təyinatını verib və dünən partiya İdarə Heyətinin iclasında təyinat rəsmən təsdiq olunub. Ümumilikdə partiyanın Gənclər Birliyinin İdarə Heyətinin üzvlərinin sayı 30 nəfər hədində müəyyən edilib”.

Nihad Allahyarlı qeyd edib ki, tarixi ZƏFƏR yazan Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında partiyanın fəaliyyətində bundan sonra da yaxından iştirak edəcəklər:

"Bu bizim üçün çox böyük etimaddır. Cənab Prezidentə həm öz adımdan, həm də bütün "DAVAM”çılar adından bu yüksək etimada görə dərin təşəkkürümü bildirirəm. İlham Əliyev kimi bir liderin rəhbəri olduğu partiyada fəaliyyət göstərmək bizim üçün fəxrdir və bizə göstərilən etimadı layiqincə doğrultmağa çalışacağıq”.

OXŞAR XƏBƏRLƏR