Daxili işlər naziri zorlamada günahlandırılır

DÜNYA
21:23 20.09.2012
2173
Gürcüstanın daxili işlər naziri Baço Axalaya məhbusu zorlamaqda günahlandırılır.
ANS PRESS-in Gürcüstanın “GHN” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Tiflis həbsxanasında məhbusların döyülməsi video kadrlarını yayılmasında təqsirli bilinən Vladimir Bedukadze çıxış edib.
Bedukadzenin sözlərinə görə, məhbus polkovnik Aleksandr Tetradze onu yüksəkçinli məmurların – Baço Axalaya, Meqis Kardava və Aleksandr Muxadze zorladığı zaman ölüb. Bedukadze bildirib ki, Baço Axalaya, Meqis Kardava, Oleq Papatsiya və Aleksandr Muxadze Aleksandr Tetradzeni rezin dəyənəklə zorlayıblar.
“Bu barədə danışmaq çox çətindir. Bunu Aleksandr Tetradzenin ailə üzvlərindən eşitmək daha çətindir. Amma mən təsdiq edirəm ki, polkovnik onu zorlayan zaman vəfat edib. Baço Axaliyanın və Meqis Kardavanın tapşırığı ilə onu Aleksandr Muxadze və Oleq Papatsiya rezin dəyənəklə zorlayıblar. Mən onları göstərə bilərəm və öz sözlərimi sübut etməyə hazıram. Bunun sübut edən video kadrlar Baço Axaliyanın seyfində yerləşir”, deyə Bedukadze Brüsseldən canlı yayımla bildirib.

OXŞAR XƏBƏRLƏR