Dədə Şəmşir nəvəsinin “Dönüş”ü - YENİ NƏŞR

Dədə Şəmşir nəvəsinin “Dönüş”ü - YENİ NƏŞR
MƏDƏNİYYƏT
20:01 24.09.2014
2301

Bütün insan həyatı axtarışdadır…

Əgər insan bilsəydi ki, o, həyatda nəyi axtarır, əgər insan həyatı başa düşsəydi, əgər insan Allahı dərk etsəydi…o, artıq insan olmazdı…

Hər bir insanın öz həyat fəlsəfəsi var. Həmçinin, nə deyirlərsə desinlər, nə öyrədirlərsə öyrətsinlər, necə tərbiyə verirlərsə versinlər-hərənin öz “Quran”ı, öz qanunu, öz yolu var. Sadəcə, hər kəsin həyatı çətinliklərlə, əziyyətlərlə, yekrəng-maraqsız hadisələrlə doludur. Nəyəsə cəhd-baş verənlərin fonunda insanın gerçək ehtirasıdır.

Özlüyündə həyat darıxdırıcı varlıqdı: hərgah insan dərk etməsəydi, onun görünməyənini görmək, səssizliyi duymaq, boşluğu hiss etmək və onda olmayan mənanı tapmaq qabiliyyəti olmasa idi…

Bu sözlərə bu günlərdə əlimə keçən kiçik bir kitabda rast gəldim. Olduqca maraqlı, biraz fəlsəfi, biraz səmimi və birazda reallıqdan doğan çalarlarla dolu bir kitab. Əslində, burda təəccüblü bir şey bulmadım. Çünki, müəllif özü ədəbi dünyanın zirvaliklərindən meyvə dərib…Dədə Şəmşir nəfəsin duyub…Aliq Nağıoğlunun redaktorluğu ilə çıxan kitabın müəllifi Dədə Şəmşir nəvəsi Nahid Şəmşirdir. 90 səhifəlik kitabda müəllifin hekayələri, novellaları, pritçaları və esseləri yer alıb.

Diqqətimi ən çox çəkən isə pritçalar oldu. Olduqca çətin və fəlsəfi məznun daşıyan pritçalar insanı dərin bilgilərə, düşüncələrə aparır. Əslində Nahid Şəmşir bilərəkdən, biraz da bilməyərəkdən yeniliyə imza atıb. Daha doğrusu cəmiyyətə, yaşama, dinə fərqli münasibət sərgiləyib. “Dönüş” adlanan kitabın adı da bir çox məqamlardan xəbər verir. Əslində bu Nahid Şəmşirin ilk kitabı olsa da, ədəbiyyatda hələ bir neçə il öncə öz imzası ilə gündəmə gəlmişdi. Lakin Dədə Şəmşir nəvəsinin bu “DÖNÜŞ”ü tam fərqli üslübda və fərqli çalarlarla dolu oldu. Bu dolu ədəbiyyatımızı yuyacaq, təmizləyəcək və yeni nəfəs verəcəkdir. Bu mənim bir oxucu kimi fikirlərimdi.

Kitabda ən çox diqqətimi çəkən məqam isə din-insan münasibətlərinin keçmiş-bügün prizmasından yanaşması oldu.

“Qız və İbadətçi” pritçasından…

Bir qız görüşə elə tələsirdi ki, dua edən insanın qarşısından necə keçdiyini bilmədi. İbadət edən qəzəblə onu çağırdı və bərk danladı. Qız utana-utana soruşdu:

-Bəs Siz dua zamanı nə barədə düşünürdünüz?

-Allah haqqında,əlbəttə!-adam cavab verdi.

Qız təəccübləndi:

-Mən sevgilimin yanına elə tələsirdim ki, hətta Sizi görmədim. Sizsə Allah haqqında düşünərkən, necə mən nalayiqi gördünüz?!

Kiçik bir pritça və bu qədər məna…

Səbuhi Abbasov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı