Ödənişləri indi üzüklə də aparmaq olar

İQTİSADİYYAT
15:07 12.02.2020
5877
Fevralın 12-də Bakıda keçirilən "Visa Cashless Forum”da Azərbaycan Beynəlxalq Bankı ölkəmiz üçün bir ilk olan növbəti innovativ yeniliyini müştərilərinə təqdim edib. Bu, Ring Pay ödəniş üzükləridir. Belə ki, artıq nağdsız ödənişləri digər vasitələrlə yanaşı, barmaqdakı üzüklə də təmassız qaydada həyata keçirmək olar.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının, VISA beynəlxalq kart təşkilatının, İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin, eləcə də Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə "Gələcəyə doğru hərəkət” mövzusunda təşkil olunmuş "Visa Cashless Forum”da Ring Pay ödəniş üzüklərinin özəllikləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Üzük adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək mümkündür. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar. Ring Pay ödəniş üzüyünü yaxın günlərdə şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının yaxınlıqdakı istənilən filial və ya şöbəsindən əldə etmək mümkündür.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: "Ring Pay ödəniş üzükləri təmassız NFC texnologiyası əsasında hazırlanmış yeni bank məhsuludur. Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə ilk dəfə tətbiq etdiyi bu innovativ yenilik nağdsız ödənişləri daha da asanlaşdıracaq. Ümidvarıq ki, müştərilərimiz bu üzüklərdən məmnuniyyətlə istifadə edəcək və belə maraqlı təcrübəni başqaları ilə də bölüşəcəklər”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:11 01.10.2020

Rusiya mənbələri təsdiqlədi - Xankəndi yaxınlığında S-300-lər sıradan çıxarıldı

12:10 01.10.2020

Azərbaycana məxsus təyyarənin vurulması yalandır - RƏSMİ

12:07 01.10.2020

Türk polisindən azərbaycanlı xanıma jest: “Cəzanı onlara ödətdirəcəyik!”

12:00 01.10.2020

Füzuli istiqamətində düşmən texnikasi ələ keçirildi - FOTO

11:56 01.10.2020

Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir - RƏSMİ

11:38 01.10.2020

Azərbaycan Beynəlxalq Bankından onlayn köçürmə ilə ordumuza dəstək imkanı

11:21 01.10.2020

Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyur

11:15 01.10.2020

Ordumuz Qarabağda erməni birləşmələrini necə əzir? - Sabiq korpus komandiri açıqladı

11:07 01.10.2020

Düşmənin artilleriya qurğularının məhv edilməsinin - Videosu

10:57 01.10.2020

Azərbaycan PUA-ları Xankəndinin kabusu oldu

10:36 01.10.2020

Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verildi

10:34 01.10.2020

Xanlar Vəliyev: “Fərarilik cinayətlərinin kökü kəsilib”

10:30 01.10.2020

Polşalı deputat: "Qarabağla bağlı beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir"

10:29 01.10.2020

Hərbi prokuror: “Ötən illə müqayisədə qeyri-hərbi cinayətlər xeyli azalıb”

10:27 01.10.2020

Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər yaralanıb, 16 nəfər həlak olub

10:24 01.10.2020

27 il dalana dirənən danışıqların finalı: düşmən indi ağalarına yalvarır...

X Mostbet