Dəniz suyunu udmaq təhlükəlidir

Dəniz suyunu udmaq təhlükəlidir
SAĞLAMLIQ
10:51 18.08.2011
5955
Yay aylarında mikroblar daha sürətlə çoxalır və bir çox təhlükəli xəstəliklərə yol açır. Bu xəstəlik risklərini azaltmaq və yayda uşaqlarda, hətta böyüklərdə ən sıx rast gəlinən problemlərin başında gələn ishal və digər xəstəliklərdən qorunmaq üçün nəyə diqqət etmək lazımdır?İshal, qusma və bəzən də yüksək temperatur ilə ortaya çıxan, ağız yoluyla keçən bəzı mikroblar, qastroenterit adlanan xəstəliklərə səbəb olur. Bu mikroblar yay istisində sürətlə yayılır, mikrob sayı artdıqça xəstəlik yaranma riski daha da yüksəlir.Qabaqlayıcı tədbir kimi tövsiyə olunan ən mühüm amillərdən biri odur ki, mövsümlə bağlı insanlar çimərliyə üstünlük verdiyi üçün, çimərkən dəniz və hovuz suyunu udmasınlar. Çünki bununla orqanizm çoxsaylı bakteriya və mikrob qəbul etmiş olur.Həmçinin mikrob daşıyan ağcaqanadlar yay aylarında xəstəliklərə yol açır. Mütəxəssislər Salmonella ve E.Coli kimi bakteriyaların yaranmasına yol açan mikroblardan qorunmaq üçün öncədən bəzi tədbirlərin görülməsini məsləhət görürlər.Diqqət edilməsi gərəkən amillərBu mövsümdə tövsiyə olunan digər amillərə gəldikdə isə bildirilir ki, qabığı soyula bilən qidaların qabıqlarını soyaraq, soyulmayanları isə yaxşı yuyuraq yemək lazımdır. Çiy və yaxud az bişirilmiş ət yeməmək, çiy süd içməmək, xüsusi təmizlik qaydalarına riayət etmək, yeməkdən öncə və sonra əlləri yumaq, ağcaqanadlardan qorunmaq yay aylarında diqqət edilməsi vacib olan amillərin başında durur.Beləliklə, qaydalara riayət etməklə yaranan xəstəlik risklərini azaltmaq olar.Risk faktoru hansı qidalardadır?Risk faktoru tapılan qıdalara gəldikdə isə mütəxəssislər deyir ki, fısdıq, qoz kimi yağlı qidalar və toksin yarada bilən qarğıdalı və düyüdən diqqətlə istifadə edilməlidir. Pasterizə edilməmiş süd içilməməli, bu süddən pendir hazırlanmamalıdır. Kartof, 30-a qədər zəhərli növü olan köbələk və qabıqlı dəniz heyvanlarından keçən bakteriyalar müxtəlif xəstəliklərə səbəb olur. Zərərli mikrobların ölməsini təmin edəcək qədər istilik olmadan qizardılan müxtəlif ət məhsulları, havasız mühitdə mikrobların tam ölmədiyi müxtəlif "qrillər", paket açıldıqdan sonra qısa vaxt ərzində istifadə edilməyən sosiska və kolbasadan uzaq durulmalıdır.Bundan başqa, süddən hazırlanan şirniyyat çeşidləri, dondurmalar mütləq soyuducuda saxlanmalıdır. Əks halda, bu qidalar təhlükəli ola bilər. Çiy yumurtadan hazırlanan mayonez, salatlar, cəfəri kimi tərəvəzlər də yaxşı yuyulmadıqda riskli ola bilir.Bu fəsildə ən güvəniləcək qidanın yoqurt olduğu vurgulanır. Həmçinin qizardılmış ətlə müqayisədə qazanda bişən ət yeməkləri, tərəvəz, zeytun yağında hazırlanan yeməklər yay aylarında daha güvənlidir.İshal və qusma baş verdikdə nə etmək lazımdır?İshal və qusma nəticəsində orqanizm çoxlu maye itirir. Ev şəraitində qusma və mədə bulantısı səbəbindən orqanizm həddində artıq maye itirərsə və yaxud temperatur yüksələrsə, tez bir zamanda xəstəxanaya müraciət etmək lazımdır. Bu zaman xəstədə itirilən maye vena daxilinə vurulan sistem köçürmələri vasitəsilə bərba edilir. Əgər orqanizmdə fəal bakteriya müşahidə edilirsə, bu halda antibiotik müalicəsi edilməlidir.İsti hava sinir sistemində də dəyişiklik yaradırHəkim Sevda Əfəndiyeva bildirdi ki, son illər yüksək temperaturun insanların səhhətinə mənfi təsir göstərməsinə insanların immun sisteminin zəifləməsi, xəstəliklərin artması və digər amillər səbəb olur. Həkimin sözlərinə görə, günorta saatlarında havaya çıxanlara baş örtüyündən və yüngül geyimlərdən istifadə tövsiyə olunur: "İsti günlərdə saat 11-dən 18-ə kimi çimərliyə getməkdən çəkinmək, ağartı məhsullarından istifadə etmək məsləhət görülür. Xüsusilə, ürək-damar xəstəliyindən əziyyət çəkənlər diqqətli olmalıdırlar.Valideynlər, xüsusilə, azyaşlı uşaqları günəş şüalarından qorumalıdırlar. Çünki uşaqlar hətta 30 dərəcə istidə də günvurmaya məruz qala bilirlər. Qızmar günəş altında 30-40 dəqiqə qalmaq, günvurma üçün kifayətdir. Əgər ürəkbulanma, qızdırma, qusma müşahidə edilirsə, həkimə müraciət etmək lazımdır. İsti havada sinir sistemində baş verən dəyişiklik insanlarda tez yorulma, başağrısı, halsızlıq, zəiflik, iştahsızlıq, əhvalın pozulması, yuxululuq, qan təzyiqinin qalxıb-enməsi, bayılmalara da səbəb ola bilər.Rütubətli isti günlərdə atmosfer havasında oksigenin faizi aşağı düşür ki, bu zaman insanlar çətin nəfəs alırlar. İstilərdə güclü tərləmə halları da müşahidə olunur. Nəticədə orqanizmdə mübadilə pozulur. Tərləyərkən insan, orqanizm üçün vacib olan mikroelementləri itirdiyinə görə də istilərdə çoxlu maye qəbulu zəruridir.Həkim deyir ki, isti havada alkoqolsuz sərinləşdirici içkilər, adi suyun, ayranın tez-tez qəbulu da vacibdir: "İsti havada qidalanmanın düzgün təşkili vacib məsələlərdən biridir. Qida yüngül olmalı, orqanizm üçün ağır olan heyvan mənşəli ərzaq növlərindən, yağlardan, ət məhsullarından imkan daxilində az istifadə olunmalıdır. Qida rasionunda göyərti və meyvə-tərəvəzə, ağartı məhsullarına, mayeyə çox yer verilməli, yeməyin həcmi bir qədər azaldılmalıdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
20:49 22.09.2026
Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
20:47 22.09.2026
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında - FOTO
20:33 22.09.2026
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında - FOTO
Tramp BMT iclasında İlham Əliyevdən sitat gətirdi
20:30 22.09.2026
Tramp BMT iclasında İlham Əliyevdən sitat gətirdi
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia
20:18 22.09.2026
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? - İddia
Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işləri başlayacaq - Prezident açıqladı
20:00 22.09.2026
Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işləri başlayacaq - Prezident açıqladı
“Cəmi 4 il ərzində icra edilməlidir” - Prezident göstəriş verdi - Foto
19:58 22.09.2026
“Cəmi 4 il ərzində icra edilməlidir” - Prezident göstəriş verdi - Foto
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
19:55 22.09.2026
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
19:46 22.09.2026
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - Rəsmi
BMT Baş katibi: Təkcə texnoloji üstünlük və iqtisadi güc sabitliyi təmin edə bilməz
19:28 22.09.2026
BMT Baş katibi: Təkcə texnoloji üstünlük və iqtisadi güc sabitliyi təmin edə bilməz
Belqorodun keçmiş vitse-qubernatoru Ukraynadakı müharibədə öldü
19:12 22.09.2026
Belqorodun keçmiş vitse-qubernatoru Ukraynadakı müharibədə öldü
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
18:56 22.09.2026
Rubio: Tramp BMT-də Pezeşkianla görüşə hazırdır
Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır
18:40 22.09.2026
Peskov: Rusiya uzunmüddətli sülhün əldə olunmasında maraqlıdır
“İran Air”: İstanbul və Bakıya uçuşlar davam edir
18:29 22.09.2026
“İran Air”: İstanbul və Bakıya uçuşlar davam edir
"Reuters": ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır
18:10 22.09.2026
"Reuters": ABŞ təzyiqi azaltsa, İran Hörmüz boğazını açmağa hazırdır
Tural Abbaslının metro ilə bağlı səsləndirdiyi fikrə RƏSMİ CAVAB
17:51 22.09.2026
Tural Abbaslının metro ilə bağlı səsləndirdiyi fikrə RƏSMİ CAVAB