İtaliyanın "İnter" futbol klubunun sağ cinah müdafiəçisi Denzel Dumfris "Real Madrid" klubuna transfer olunub.
AZXEBER.COM bu barədə Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Niderlandlı futbolçu ilə 30 iyun 2030-cu ilədək müqavilə imzalanıb.
Daha əvvəl mətbuatda "kral klubu"nun 30 yaşlı oyunçunun keçidi üçün 20 milyon avro ödəyəcəyi barədə xəbərlər yayılmışdı.











































