Deputat aşan avtobusa görə BNA-nı sərt sərt tənqid etdi: “Yaxalarını kənara çəkməsinlər”

Deputat aşan avtobusa görə BNA-nı sərt sərt tənqid etdi: “Yaxalarını kənara çəkməsinlər”
SOSİAL
17:31 08.01.2018
1186
Əvvəllər məhkum olunmuş və nəqliyyat vasitəsini idarə etmək üçün sənədi olmayan sürücünün qəza törətməsi və insanların yaralanması ciddi ictimai narahatlıq doğuran məsələdir.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə azvision.az-a Milli Məclisin deputatı Musa Quliyev deyib.
 
Ötən həftə Zığ şossesində baş verən, 20 nəfərin yaralandığı qəzadan söz açan deputat ictimai nəqliyyatda dəfələrlə belə hadisələrin olduğunu bildirib. "Qəzaların sonrakı nəticələri, qiymətləndirilməsi ictimaiyyətə bəlli olmayıb. Hesab edirəm ki, bu proseslər ictimaiyyət üçün açıq olmalıdır. Birinci növbədə prokurorluq cinayət işi qaldırmalıdır və ictimaiyyətə məlumat verməlidir. Cinayət işi təkcə həmin sürücüyə qarşı deyil, həm də sürücünü işə götürən sahibkara qarşı qaldırılmalıdır. Bakı şəhər nəqliyyatına cavabdeh olan məmurlar, Bakı Nəqliyyat Agentliyi yaxasını kənara çəkməli deyil. Kiminsə onların gözündən yayınıb icazəsiz sərnişin avtobusu işlətməsinə və xəbərlərinin olmamasına inanmıram”.
 
M.Quliyev hesab edir ki, Dövlət Yol Patrul Xidməti məsələyə münasibət bildirməlidir: "Sürücü şəhərdə kəmərini bağlamayıb, sükan arxasında oturan kimi onu saxlayırlar. Necə olur ki, icazəsiz, lisenziyasız avtobus idarə edirlər, amma həmin ərazidə fəaliyyət göstərən yol polisinin xəbəri olmur. İctimai nəqliyyatdan istifadə edən çoxlu sayda vətəndaşlarımız var və onların əksəriyyəti sosial cəhətdən müdafiəyə ehtiyacı olan şəxslərdir. Onların həyatını kimlərinsə qazancına qurban vermək olmaz. Hesab edirəm ki, məsələyə çox ciddi yanaşılmalı, ictimaiyyət təpki göstərməlidir. Həmçinin cavabdeh olan hər kəs öz məsuliyyət dərəcəsinə görə cəzasını almalıdır”.
 
Deputat bildirib ki, gələcəkdə belə hadisələrin baş verməməsi üçün ictimai nəqliyyat vasitələri, xüsusilə şəhərdaxili nəqliyyatda sürücünün bütün məlumatları yazılıb avtobusun içərisində asılmalıdır. "Sərnişin onu aparan şəxsin kimliyini bilməlidir. Məlumat verilməlidir ki, sürücü kimdir, neçə il bu sahədə işləyib, onun təhsili varmı. Həmçinin sürücünün əvvəllər məhkum olub-olmadığı qeyd edilməldir. Hesab edirəm ki, ən azı 5 illik sürücülük stajı olmayanlar işə qəbul edilməməlidir. Bu qəza çox ciddi siqnaldır və arzu edək ki, axırıncı olsun”. Qeyd edək ki, yanvarın 6-da Bakıda, Zığ şosesində 175 nömrəli marşrut avtobusunun dərəyə aşıb. Hadisə nəticəsində xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib və onların əksəriyyəti ilkin tibbi yardım alaraq evə buraxılıblar.
 
Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 avqust 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi