Deputat: “Azərbaycanda iş çoxdur, işləmək istəyən yoxdur”

Deputat: “Azərbaycanda iş çoxdur, işləmək istəyən yoxdur”
SİYASƏT
17:42 07.01.2026
1677
"Məşğulluq və işsizlik problemi təkcə Azərbaycana deyil, bütün dünyaya xas olan ümumi bir məsələdir. Hətta inkişaf etmiş Avropa ölkələrində belə gənclərin iş tapması ilə bağlı ciddi çətinliklər mövcuddur. Bu səbəbdən xüsusilə paytaxtlarda urbanizasiya prosesi geniş vüsət alıb. Gənclər daha çox paytaxta üz tuturlar, çünki burada iş tapmaq imkanları daha yüksəkdir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

O deyib ki, nəticədə regionlarda əhalinin sayı azalır, əmək resursları isə şəhərlərə yönəlir:

"Bu proses isə son nəticədə paytaxtın özündə belə iş tapmağı çətinləşdirir. Bu tendensiya qlobal xarakter daşıyır. Azərbaycanda da məşğulluq məsələsi aktualdır. Prezident İlham Əliyev 5 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə bu məsələyə xüsusi diqqət ayırdı. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi məşğulluq proqramlarının əhəmiyyətindən bəhs etdi. Hazırda minlərlə vətəndaş bu proqramlara cəlb olunmaqla işlə təmin olunur. Bununla yanaşı, bəzi hallarda təklif olunan işlərə maraq göstərilmədiyi də müşahidə olunur. Yəni iş var, lakin iş axtaran şəxs onu müxtəlif səbəblərlə qəbul etmir – maaş, iş şəraiti və ya şəxsi maraqlar uyğun gəlmir. Bu isə göstərir ki, işsizlik problemi təkcə işin olmaması ilə deyil, həm də seçim və münasibətlə bağlıdır”.

Onun sözlərinə görə, gənclər ixtisas seçərkən əmək bazarının real tələblərini nəzərə almalıdırlar:

"Əgər müəyyən sahələrə kütləvi axın olsa da, bazarda həmin ixtisaslara tələbat yoxdursa, bu, gələcəkdə iş tapmaqda ciddi problemlər yaradır. Buna görə də əmək bazarında rəqabət qabiliyyəti yüksək olan, müasir dövrün tələblərinə uyğun ixtisaslara üstünlük verilməlidir. 

Təcrübədə dəfələrlə rast gəlinib ki, iş axtaran şəxsə konkret iş təklifi olunsa da, o, müxtəlif səbəblərlə bundan imtina edir. Məsələn, Cəlilabadda kartof yığımı zamanı iki gəncin bu sahəyə cəlb edilməsi ilə bağlı sahibkarla danışılmışdı. Lakin həmin gənclər işin çətin olduğunu əsas gətirərək imtina etdilər. Halbuki sovet dövründə bu bölgədə gənclər yay aylarında ağır şəraitdə işləyir, zəhmət çəkir və qazandıqları ilə öz ehtiyaclarını ödəyirdilər. Bəzən gənclərdə tənbəllik və zəhmətdən yayınma halları müşahidə olunur. Bu da məşğulluq probleminin digər tərəfidir – iş var, amma onu görmək istəmirlər. Ona görə də məşğulluq sahəsində uğur qazanmaq üçün yalnız yeni iş yerləri yaratmaq kifayət deyil, həm də gənclərdə əmək münasibətinə düzgün yanaşmanı formalaşdırmaq vacibdir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
Sosial şəbəkələrdə ən fəal nazirliklər məlum oldu - Onları nə qədər insan izləyir? - ARAŞDIRMA
14:57 23.07.2026
Sosial şəbəkələrdə ən fəal nazirliklər məlum oldu - Onları nə qədər insan izləyir? - ARAŞDIRMA
AccessBank tender elan edib
14:41 23.07.2026
AccessBank tender elan edib