Deputat Facebook və Twitter-dəki dostları ilə canlı görüş keçirib- FOTOLAR

Deputat Facebook və Twitter-dəki dostları ilə canlı görüş keçirib- FOTOLAR
MARAQLI
15:00 23.01.2012
2409
Fuad Muradov: “Heç bir vasitə canlı ünsiyyət qədər insanları bir-birinə yaxın edə bilmir”Millət vəkili Fuad Muradov Facebook və Twitter sosial şəbəkələrində olan bir qrup virtual dostu ilə canlı görüş keçirib. Modern.az saytı xəbər verir ki, çay süfrəsi arxasında baş tutan görüşdə iştirak edənlərin əksəriyyəti gənclər olub. Bu görüşdə Fuad Muradov bildirib ki, heç bir vasitə canlı ünsiyyət qədər insanları bir-birinə yaxın edə bilmir: “Düzdür, bu gün sosial şəbəkələrdə, müxtəlif forumlarda biz biri-birimizlə əlaqə saxlayır, fikirlərimizi paylaşırıq. Amma monitor arxandan insanları daha dəqiq tanımaq olmur. Mən bilmirəm, müxtəlif sosial şəbəkələrdəki qruplarda birləşmiş insanlar bəlkə də biri-biriləri ilə real həyatda görüşür, amma millər vəkili qismində biz ilk dəfə belə bir addım atdıq. Mən seçicilərimlə tez-tez görüşürəm, insanlarla daim ünsiyyətdəyəm. Amma sizinlə görüşdə əsas məqsədlərdən biri də daha yaxından tanış olmaq, müxtəlif mövzularda fikir mübadiləsi aparmaqdır.” Görüşdə iştirak edənlərin hər biri özünü təqdim edib, qısa olaraq öz haqqında məlumat verib. Onlar arasında tələbələr də olub, ali təhsilini başa vurub müxtəlif sahələrdə çalışanlar da. Heç kim “birinci başlamaq” sindromunu sındırmağa cəhd etməyib. Fuad Muradovun “tam səmimi olaq, burda rəsmiyyət yoxdur” sözlərindən sonra Rüstəm adlı gənc ilk olaraq danışbı. O, ölkədəki gənclər təşkilatlarının fəaliyyətindən danışaraq yeni bir təşəbbüs göstərdikləri və gənclər təşkilatı yaratdıqlarını, amma qeydiyyat məsələlərində müəyyən çətinliklərin olduğunu bildirib. Fuad Muradov isə onun mexanizmləri barədə yardımçı ola biləcəklərini və Gənclər Təşkilatları Milli Şurasına müraciət etməyi tövsiyə edib. Müzakirə mövzularından biri də bu gün ölkə televiziyalarında gənc nəslin inkişafına yönəlmiş verilişlərlə əlaqədar olub.Gənc jurnalist Nuranə xanım əvvəllər ekranda daha çox olan bu cür proqramların son zamanlar şou ilə əvəzləməsinə münasibətini bildirib: “İndi ekranlarda daha çox şou verilişlər olur. Məsələn, bir vaxtlar sizin kimi gənclər daha çox televiziya verlişlərində çıxış edirdi, biz sizin çıxışlarınızla böyümüşük. Amma indi biz bunun əksini müşahidə edirik”.Fuad Muradov isə bu fikirlərə münasibət bildirərək əlavə edib ki, bu problem mövcuddur və onlar bunun həlli yollarını axtarırlar: “Ölkə başçısı ilə görüşdə də biz bu məsələni qaldırdıq. İndi gənclər üçün yeni telekanalın yaradılması təklifi irəli sürülüb. Yəqin ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq.” Bu gün ölkəmizdə əsas məsələnin Azərbaycanın ərazi bütövlüyü məsələsini olduğunu diqqətə çatdıran millət vəkili bildirib ki, hər bir gənc, hər bir Azərbaycan vətəndaşı öz tutduğu mövqedən, vəzifədən asılı olmayaraq, bacardığı qədər ərazi bütövlüyünü özünün ən birinci məsələsi hesab etməlidir: “Bu gün torpaqlarımız işğal altındadır. Biz sadəcə ildə bir dəfə işğal günlərində bunu yad etməməliyik. Bu hər zamanŞ bizim gündəlik həyatımızda olmalıdır. Necə ki, cənab Prezident İlham Əliyev bunu öz gündəlik həyatında edir. Məsələn, biz Avropada, müxtəlif beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq. Amma görünür bu da hələ azdır. Biz çox işlər görməliyik ki, ölkəmiz dünyada tanınsın və biz öz haqq səsimizi bəyan edək”.Bu mövzu ətrafında da müxtəlif fikirlər səsləndirilib.Gənclər bildiriblər ki, ərazi bütövlüyü məsələsi yalnız sözlə deyil, əməldə də təsdiq edilməlidir. Gənclərdən biri isə üçdilli Qafqaz portalının yaradılmasını və burada Azərbaycan, gürcü və erməni dilində materialların yerləşdirilməsini məqsədəuyğun hesab edib.

Görüşdə gəncləri maraqlandıran bir sıra digər məsələlər də ətrafında fikir mübadiləsi aparılıb. Bu cür görüşlərin davamlı olması fikri irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?