"Nazirlər Kabinetinin məktəbli forması ilə bağlı mövcud qərarı var və hər kəsin bu qərara əməl etməsi şərtdir. Qərarın əsas hədəfi və məqsədi məktəblərdə müəyyən normaların və qaydaların yaradılmasıdır”.
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib.
O bildirib ki, əktəb təlim-tərbiyə müəssisəsidir:
"Məktəb təlim-tərbiyə müəssisəsidir. Bu mənada, belə bir qərarın qəbul edilməsində məqsəd məktəbə aidliyin təmin olunması, ayrı-seçkiliyin aradan qaldırılması, birlik və həmrəyliyin yaradılmasıdır. Eyni zamanda, müəllimlərin məktəbə səliqəli gəlməsi də vacibdir. Müəllim özü-özlüyündə bir nümunədir. Buna görə də müəllimin yanaşmasında diqqətli olmağa ehtiyac var. Müəllim öz davranışı və addımları ilə şagirdlərinə nümunədir”.
"Azərbaycanda kiminsə dini inancı ilə bağlı qadağa yoxdur. Azərbaycanda etiqad azadlığı var. Cənab Prezidentin özü də din sahəsinə diqqət və qayğı göstərir. Buna görə də sözügedən məsələnin kontekstdən çıxarılması yanlışdır. Hər kəs səbirli və təmkinli olmalıdır. Hamı çalışmalıdır ki, bu məsələlərdə soyuqqanlı olsun və təmkinini qorusun. Bu dövlət bizimdir və ona sahib çıxmalıyıq. Qarşıdurmaya getmək lazım deyil”,-deyə deputat bildirib.
Şahanə Ziyad











































