Deputat: "Paşinyan “köç” rəqəmini şişirtməklə xaricdən daha çox pul almaq istəyir"

Deputat: "Paşinyan “köç” rəqəmini şişirtməklə xaricdən daha çox pul almaq istəyir"
SİYASƏT
11:49 24.10.2023
273
"Nikol Paşinyan hökuməti "köç” rəqəmini şişirtməklə xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir".

Bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağdan köç edən 100 min erməninin Ermənistanda guya humanitar böhran yaratması barədə müxtəlif ölkələrdə, beynəlxalq təşkilatlarda və qərb mətbuatında çox danışılır: "Ancaq biz yaxşı bilirik ki, Ermənistan bütün məsələlərdə olduğu kimi, Qarabağ ermənilərinin sayında yenə də manipulyasiyaya və təhrifə yol verir. Axı 5-6 həftə bundan öncə bütün dünya erməniləri və onları dəstəkləyən ölkələr səs-küy salırdılar ki, Qarabağda 120 min erməni var və onlar "blokada”dan əziyyət çəkirlər. İndi isə deyirlər ki, Qarabağdan köç edənlərin sayı 100 min, orda qalanların sayı isə 50 nəfərdir. Sual olunur, iddia etdiyiniz 120 min adamın 20 mini hardadı? Bəs, onlar hara qeyb oldular? Yoxsa, başqa planetə köçdülər, xəbərimiz yoxdu?".

Deputat bildirib ki, nə 120 min, nə də 100 min rəqəmi həqiqəti əks etdirmir və bu Ermənistanın rəqəmləri manipulyasiya etməsindən başqa bir şey deyildir: "Heç kimə sirr deyil ki, Paşinyan hökuməti "köç” rəqəmini şişirtməklə həm xaricdən daha çox maliyyə yardımı almaq niyyətindədir, həm də həmişəki kimi icad etdiyi "humanitar böhran”ı Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etmək istəyir. O ki qaldı Ermənistana gedən Qarabağ ermənilərinin gündəlik ehtiyaclarını qarşılamaq üçün tələb olunan vəsaitə, BMT bu rəqəmi 100 milyon dollar civarında olduğunu müəyyən edib. Bu vəsaiti təmin etmək üçün isə xaricdən pul dilənməyə ehtiyac yoxdu, ona görə ki, Ermənistanın dövlət büdcəsindən 2023-cü il üzrə Qarabağ erməniləri üçün qanunsuz olsa da 370 milyon dollar vəsait ayrılmışdı. Bu vəsaitlə Qarabağ ermənilərinin bütün xərclərini artıqlaması ilə qarşılamaq mümkündür".

Milli Məclisin üzvü son günlər Ermənistan, o cümlədən bir sıra ölkələr və beynəlxalq təşkilatlara etdiyi çağırışdan bəhs edib və xatırladıb ki, Ermənistan Azərbaycan Qarabağdan gedən ermənilərin qeyd-şərtsiz Qarabağa geri qayıtmalarını təmin etməli olduğunu bildirib: "Buradakı "qeyd-şərtsiz” ifadəsi başadüşülən və qəbuledilən deyil. Əlbəttə, Azərbaycan hökuməti Qarabağ ermənilərinin geri dönməsində maraqlıdır və bu istiqamətdə müvafiq tədbirlər görülür. Lakin geri dönüş Azərbaycanın vətəndaşlığını və yurisdiksiyasını qəbul edən Qarabağın əsl sakinlərinə şamil ediləcəkdir. İşğal zamanı başqa ölkələrdən, o cümlədən yaxın şərqdən gətirilib torpaqlarımızda qanunsuz məskunlaşdırılanlar heç bir halda geri qayıda bilməz".

A.Quliyev vurğulayıb ki, işğal edilən ərazilərin qanunsuz məskunlaşdırılması müharibə cinayəti hesab olunur və bu cinayəti törədənlərin bir neçəsi həbs olunub və hal-hazırda istintaq təcridxanasında müstəntiqlərimizin suallarını cavbalandırırlar: "Eyni zamanda geri dönüş bir tərəfə deyil, hər iki tərəfə olmaldır, yəni Qərbi Azərbaycandan qovulan 300 min soydaşımız da təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə və doğma toqpaqlarına geri dönmək imkanı əldə etməlidirlər".
 
///Report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı