Deputat Rafaellə Coşqundan sonra ‘Azercell’i günahlandırdı – STATUS

Deputat Rafaellə Coşqundan sonra ‘Azercell’i günahlandırdı – STATUS
Bütün Xəbərlər
00:01 11.12.2012
1619

Fazil Mustafa: “Bəyənənlər də, bəyənməyənlər də mövqelərini bildirdi”.

Xəbər verdiyimiz kimi, son günlər mətbuatın gündəmində deputat Fazil Mustafanın “Bu Şəhərdə”nin aktyorları Rafael və Coşqunun “Azercell”in ən son reklamında qadın paltarı ilə çəkilməsini sərt tənqid etməsi olub. Məsələ ilə bağlı hər iki tərəf mətbuatda öz fikirlərini bölüşüb. Son olaraq, Fazil Mustafa öz rəsmi “facebook” səhifəsində son hadisələrlə bağlı mövcud polemikaya son verdiyini açıqlayıb. Deputat bu məsələdə “Azercell”in də açıqlama verməyə borclu olduğunu söyləyib:

“Dəyərli dostlar! Bu gün Bakı şəhər İcra Hakimiyyəti başçısına məktubu göndərdim. Ona görə də cavab gələnə qədər istərdim ki, bu mövzuda müzakirələri dayandıraq. Mövqeyimizə dəstək verən və ya verməyən hər kəsə təşəkkür edirəm. Əslində bu elə məsələdir ki, burada qərəzli mövqe sərgiləmək, el sözü ilə desək "nala-mıxa" vurmaq mümkün deyil. Heç kimsənin sənətinə qarışmadan sadə bir sualı cavablandırmar lazım idi: kişinin qadın paltarı ilə reklamının şəhərimizi bəzəməsini yumşaq desək, bəyənirsən, ya bəyənmirsən. Bəyənənlər də, bəyənməyənlər də mövqelərini bildirdi. 

Burada məyusedici bir xüsusiyyəti də qeyd etməkdə fayda var. Kaş ki, hörmətli aktyorlar və ya onların sözçüləri hazırcavablıqla haqlıcavablılığı qarışdırmayaydılar və ifadələrini dəqiq cilalayandan sonra açıqlama verəydilər. Yoxsa "Oqtay müəllimə ərizə yazaq ki, onu işdən çıxarsın?" (???) Yaxud "O, yalnız Sabunçu sakinləri adından danışa bilər, millətin adından danışa bilməz" (???) kimi sadə bir məntiq testindən keçə bilməyəcək üslubda cavab verməzdilər. Bu o deməkdir ki, mən bu gün seçicilər qəbul edərkən ayrı-ayrı rayonların sakinlərinin problemlərini dinləmədən geri qaytarmalıydım, hər gün müxtəlif bölgələrdən olan insanlarından aldığım ərizələrə "Öz deputatınıza yazın!" dərkənarı qoymalıydım. 

Məsələ ilə bağlı "Azersell" rəsmilərinin öz mövqeyini açıqlamasını gözləyirəm. Çünki sifarişçi olaraq onlar da ciddi nöqsana yol veriblər.

İnşallah xarici səfərdə olacağıma görə, bəzi məsələlərə dərhal münasibət bildirmənin imkansız olduğunu anlayışla qarşılayacağınıza ümid edirəm.”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aytəkinin övladı bu universitetə qəbul oldu
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu