Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA

Deputatdan Rusiyadakı Azərbaycan əleyhinə çağırışlara sərt REAKSİYA
SİYASƏT
15:14 18.08.2026
675
Xəbər verdiyimiz kimi, Baş Prokurorluqda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınması, həmçinin terrorçuluğa açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq aparılıb.  İstintaq zamanı Rusiya vətəndaşları – "Moskva 24” telekanalının aparıcısı İvan Knyazev, siyasi məsləhətçi və media eksperti Semyon Uralov, televiziya jurnalisti Aleksey Çadayev barəsində əsaslı şübhələr müəyyən edilib.

Bildirilib ki, onlar iyulun 14-də və avqustun 13-də "YouTube” platformasında yayımlanan verilişlərdə Azərbaycan Respublikasına qarşı zorakı üsullardan istifadə, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması və milli nifrətin yaradılması ilə bağlı çağırışlar səsləndiriblər. Bununla bağlı Azərbaycan Respublikası Baş prokurorunun qərarı ilə Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri üzrə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Onlar Azərbaycan ərazisindən kənarda olduqları üçün barələrində axtarış elan edilib və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmçinin həmin şəxslərin müəyyən edilərək tutulması və Azərbaycana təhvil verilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciətlər göndərilib.

Milli Məclisin deputatı Azər Badamov AZXEBER.COM-a açıqlamasında deyib ki, müxtəlif media platformalarında və televiziya proqramlarında yayımlanan bu cür materiallar Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirən təhlükəli təbliğat nümunələridir:

"Son günlər Rusiya informasiya məkanında Azərbaycan xalqına, dövlətinə və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı təhqir, hədə və fiziki zorakılığa çağırış xarakterli ifadələrin səsləndirilməsi geniş vüsət alıb. Müxtəlif media platformalarında və televiziya proqramlarında yayımlanan bu cür materiallar yalnız jurnalist etikasının və peşə prinsiplərinin pozulması deyil, eyni zamanda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirən, cəmiyyətlər arasında qarşılıqlı etimadı və dostluq münasibətlərini zədələyən təhlükəli təbliğat nümunələridir. Aydındır ki, müxtəlif media resurslarında ardıcıl şəkildə yayımlanan və məzmun baxımından bir-birini tamamlayan bu tip materialları ayrı-ayrı jurnalistlərin şəxsi mövqeyi və ya təsadüfi açıqlamaları kimi qiymətləndirmək kifayət deyil. Eyni istiqamətdə və oxşar ritorika ilə aparılan informasiya kampaniyası müəyyən siyasi tezislərin media vasitəsilə sistemli şəkildə ictimaiyyətə çatdırılması təsəvvürünü yaradır. Bu isə informasiya məkanından dövlətlərarası münasibətlərə təzyiq və qarşıdurma vasitəsi kimi istifadə olunmasıdır”.

Parlamentari vurğulayıb ki, Rusiya media məkanında Azərbaycan əleyhinə aqressiv və təhdid dolu materialların sistemli şəkildə yayılması iki ölkə arasında münasibətlərin normallaşdırılması səylərinə xidmət etmir:

"Bu gün Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılması və ona müvafiq media resurslarında yayımlanan bu qəbildən olan materialların qəbuledilməzliyi barədə mövqenin çatdırılması da mühüm diplomatik addımdır. Azərbaycanın bu mövqeyi eyni zamanda Rusiya tərəfinə öz informasiya məkanında Azərbaycan əleyhinə təhdid və nifrət ritorikasının qarşısının alınması, dövlətlərarası münasibətlərə zərər vuran halların yolverilməzliyinin təmin edilməsi və müvafiq tədbirlərin görülməsi ilə bağlı açıq çağırışdır. Təəssüf doğuran əsas məqam ondan ibarətdir ki, Rusiya media məkanında Azərbaycan əleyhinə aqressiv və təhdid dolu materialların sistemli şəkildə yayılması iki ölkə arasında münasibətlərin normallaşdırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi səylərinə xidmət etmir. Əksinə, belə yanaşma ictimai rəydə gərginliyi artırır, xalqlar arasında qarşılıqlı hörmətə xələl gətirir və Azərbaycan-Rusiya münasibətlərinin yenidən pisləşməsi üçün zəmin yaradır”.

O bildirib ki, heç bir media platforması və heç bir "azad söz” anlayışı dövlətlərarası münasibətlərə zərər vuran, xalqlar arasında düşmənçilik və qarşıdurma yarada biləcək təhdid və zorakılıq çağırışlarına haqq qazandıra bilməz:

"Azərbaycan xalqı öz dövlətinə, dövlətçiliyinə və milli maraqlarına qarşı yönəlmiş bu cür məqsədli informasiya kampaniyalarını qətiyyətlə pisləyir. Heç bir media platforması və heç bir "azad söz” anlayışı dövlətlərarası münasibətlərə zərər vuran, xalqlar arasında düşmənçilik və qarşıdurma yarada biləcək təhdid və zorakılıq çağırışlarına haqq qazandıra bilməz. Azərbaycan tərəfi Rusiya dövlət qurumlarından öz informasiya məkanında Azərbaycana qarşı təhqir, hədə və zorakılığa çağırış xarakterli materialların yayılmasının qarşısının alınmasını, bu kimi hallara hüquqi və siyasi qiymət verilməsini və dövlətlərarası münasibətlərə xələl gətirən təxribatçı fəaliyyətlərin dayandırılması istiqamətində konkret tədbirlər görülməsini gözləyir”.

"Azərbaycan və Rusiya xalqları arasında tarixən formalaşmış əlaqələrin və qarşılıqlı hörmətin qorunması hər iki tərəfin məsuliyyətidir. Bu baxımdan, media resurslarının məsuliyyətsiz və təxribatçı ritorikadan istifadə etməsi deyil, əksinə, xalqlar arasında qarşılıqlı anlaşma və hörmətin möhkəmləndirilməsinə töhfə verməsi daha məqsədəuyğundur. Azərbaycanın mövqeyi aydındır: dövlətimizə, xalqımıza və rəhbərliyimizə qarşı təhdid və zorakılıq çağırışları, eləcə də ölkəmizin daxili sabitliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən təbliğat yolverilməzdir. Belə cəhdlər qarşısında Azərbaycan cəmiyyəti öz milli maraqlarını, dövlətçiliyini və milli həmrəyliyini qorumaqda qətiyyətlidir”,-deyə deputat qeyd edib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
20:25 13.10.2026
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Qazaxıstana yollanıblar
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
20:20 13.10.2026
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
20:15 13.10.2026
Tom Berendsen oktyabrın 26-da Azərbaycana rəsmi səfər edəcək
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
20:10 13.10.2026
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
20:02 13.10.2026
Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
19:56 13.10.2026
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
19:38 13.10.2026
Ukraynanın Rivne şəhərinə hücumda yaralıların sayı 14-ə çatıb
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
19:24 13.10.2026
Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
19:11 13.10.2026
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
18:48 13.10.2026
Mark Rutte: NATO Qara dənizdə təhlükəsizlik vəziyyətini izləyir
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq
18:35 13.10.2026
Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq
Koalisiya qüvvələri Yəmənin paytaxtında husilərə qarşı əməliyyat keçirəcək
18:22 13.10.2026
Koalisiya qüvvələri Yəmənin paytaxtında husilərə qarşı əməliyyat keçirəcək