Deputatlar AZAL-dan Milli Məclis rəhbərliyinə niyə şikayət etdilər?

Bütün Xəbərlər
05:37 23.02.2011
1532

AZADİNFORM xəbər verir ki, layihədə göstərilib ki, Azərbaycanda dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, bundan başqa, Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsi qadağan edilən əşyaların siyahısı hava limanlarındakı sərnişinlərin gediş-gəliş yerlərində, baqajların və yüklərin yoxlanılma məntəqələrində sərnişinlər üçün yaxşı görünən yerlərdə lövhələrdə yerləşdirilməlidir.

Müzakirələr zamanı YAP-çı deputat Siyavuş Novruzovaeroporta girişin pullu olmasını tənqid edib. "Aeroporta girməyə görə niyə pul alırlar mən bilmirəm. Bəlkə mən uzaqdan baxmağa gedirəm?",-deyə millət vəkili vurğulayıb. S.Novruzov aeoroporta marşrut avtobusların işləməsinin zəruriliyini vurğulayıb.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev S.Novruzovun dediklərilə razılaşdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan yeganə ölkədir ki, aeroporta avtobus marşrutları işləmir. Q.Həsənquliyev Milli Məclis rəhbərliyinin bu məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalı olduğunu vurğulayıb. O, aeroporta girişə görə pul istənilməsinin də əleyhinə olduğunu deyib. "25 manat ucuzlaşdı, onu da taksilər tutub alır",- deyə Q.Həsənquliyev qeyd edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə söyləyib ki, hava limanına ictimai nəqliyyat məsələsi öz həllini tapmalıdır. "Ancaq burada korrupsiyadan danışmaq doğru deyil. Bu məsələlərlə bağlı dəqiqləşdirilmə aparıldıqdan sonra bir söz söyləmək olar",-deyə spiker əlavə edib.

Layihə səsə qoyulara qqəbul olunub.

 

OXŞAR XƏBƏRLƏR