Devid Bekhem Britaniyanın ilk milyarder idmançısı oldu

Devid Bekhem Britaniyanın ilk milyarder idmançısı oldu
İDMAN
19:19 18.05.2026
258
 
Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Böyük Britaniyanın ilk milyarder idmançısı olub.

AZXEBER.COM xəbər verir ki, "The Times” məlumatına görə, Devid Bekhem və həyat yoldaşı, dizayner Viktoriya Bekhemin ümumi sərvəti bu il 1,6 milyard dollara çatıb.

Bildirilib ki, sərvətin əhəmiyyətli dərəcədə artması daşınmaz əmlaka yatırılan investisiyalarla bağlıdır. Bekhemlər Mayamidə dəyəri 80 milyon dollar olan evə, memarlıq abidələri siyahısına daxil edilmiş Holland-Parkdakı malikanəyə və Kottsuolds bölgəsində yerləşən 16 milyon dollarlıq iqamətgaha sahibdirlər.

Bundan başqa, Devid Bekhem "Inter Miami CF" futbol klubuna da sərmayə yatırıb. Hazırda onun klubdakı payının dəyəri 402 milyon dollar qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR