DİN polis zorakılığını pisləyən bəyanata cavab verdi

DİN polis zorakılığını pisləyən bəyanata cavab verdi
Bütün Xəbərlər
00:25 28.11.2012
1271

Daxili İşlər Nazirliyi (DİN) Demokratik Qüvvələrin Məşvərət Məclisinin Aşura tədbirlərində polis əməkdaşlarının vətəndaşlara qarşı zorakılığını pisləyən bəyanatına münasibət bildirib.

AZXEBER.COM-un məlumatına görə, DİN-in Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, bu bəyanat həqiqəti əks etdirmir: “Özünü Demokratik Qüvvələrin Məşvərət Məclisi adlandıran qurumun obyektivliyi əks etdirməyən, real vəziyyətdən tam uzaq, populist xarakterli bəyanatı ən azından təəssüf və təəccüb doğurur. Dırnaqarası demokratlar bu dəfə də, necə deyərlər, polisin kölgəsini qılınclamağı unutmayıblar. Onlar heç bir konkret fakt göstərmədən iddia ediblər ki, guya polis Aşura günü dindarlarla sərt davranıb və hətta onlara təzyiq də göstərib. Tamamilə haqsız və əsassız bir iddiadır. Bunu yalnız qanunla müəyyən olunmuş qaydada ictimai asayişin, vətəndaşların təhlükəsizliyinin və qanunçuluğun keşiyində dayanmış daxili işlər orqanlarının ünvanına səsləndirilən şər-böhtan kimi dəyərləndirmək olar”.

E. Zahidov qeyd edib ki, Aşura günü polis təhlükəsizliyi təmin edib: “Həqiqət və reallıq isə bu bəyanatda səslənən fikirlərin tam əksini deyir. İstər Aşura günü, istərsə də o gün ərəfəsində yüksək hazırlıq səviyyəsində olan polis dini ayinlərin icra olunduğu məscidlərin, ibadət yerlərinin ətrafında öz xidmətlərini apararaq bütün vətəndaşların, o cümlədən inanclı insanların təhlükəsizliklərini təmin ediblər. Onların öz dini ayinlərini sərbəst, maneəsiz yerinə yetirmələri üçün polis üzərinə düşən vəzifələri məsuliyyətlə icra etdi. Əgər bəyanat müəllifləri Gəncəni nəzərdə tuturlarsa, orada da heç bir polis təzyiqindən söhbət gedə bilməz. Belə ki, Aşuradan bir gün əvvəl, yəni noyabrın 24-də bir qrup vətəndaş Gəncə şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış küçə yürüşü keçirməyə cəhd edib ki, bu cəhdin də qarşısı dərhal alınıb. Çünki razılaşdırılmamış aksiya qanuna ziddir. Qanunsuz aksiyaya cəhdin bir neçə təşkilatçısı polisə gətirilib, onlarla müvafiq profilaktiki söhbətlər aparılıb, qanunun tələbləri izah olunub və sərbəst buraxılıblar. Konkret bu faktda hansı zordan, hansı təzyiqdən danışmaq olar? Belə populist və əsassız bəyanatlarla hüquq-mühafizə orqanlarını, o cümlədən polisi qanunla müəyyən olunmuş öz xidməti vəzifələrinin icrasından yayındırmaq qeyri mümkündür”.

Qeyd edək ki, bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinin növbəti iclası keçirilib. İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının sədrliyi ilə keçirilən iclasda ölkədəki ictimai-siyasi vəziyyət və ATƏT-in Minsk Qrupunun fəaliyyəti geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasda ötən gün Aşura tədbirlərində polis əməkdaşlarının vətəndaşlara qarşı zorakılığını pisləyən bəyanat qəbul edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər