“Diz çöküb yalvardı, mən də ürəyindən vurub, boğazını kəsdim” - DƏHŞƏTLİ QƏTLİNTƏFƏRRÜATI

“Diz çöküb yalvardı, mən də ürəyindən vurub, boğazını kəsdim” - DƏHŞƏTLİ QƏTLİNTƏFƏRRÜATI
KRİMİNAL
20:25 22.10.2021
4585

Tərtərdə bacısını öldürüb, bacısı ilə evlənmək istəyən şəxsi isə öldürməyə cəhd edən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 30 yaşlı Elmidar Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Elmidar Ələsgərov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi fevral ayında Tərtər rayonun Buruc kəndində baş verib.

Məhkəmə araşdırması zamanı qətlin təfərrüatları məlum olub.

Elmidar Ələsgərov qətli namus üstündə törtədiyini iddia edir. O da məlum olub ki, bacısı Elmidardan bağışlanmasını istəsə də buna məhəl qoymayıb.

Törətdiyi əmələ görə peşman olmadığını deyən Elmidar Ələsgərov söyləyib ki, bacısı Aynur əvvəlcə Vüsal adlı şəxslə ailə həyatı qurub.

Onun sözlərinə görə bacısı rəsmi nikahda olduğu müddətdə Rəsul adlı şəxslə tanış olub və onunla arasında münasibət yaranıb.

"Vüsal bundan xəbər tutan kimi bacımdan ayrıldı. Rəsulla münasibəti olan zaman bacım onu bizim evə dəvət edib. O vaxt mən Qubada idim. Bizim evdə bunlar arasında münasibət olanda atam görüb. Rəsul evdən paltarsız qaçıb. Polisə məlumat vermişdik. Bacım izahatında Rəsulu özünün dəvət etdiyini demişdi”- deyə Elmidar ifadəsində göstərib.

Elmidar deyib ki, daha sonra bacısı Rəsulun valideyinlərinin yaşadığı Bərdə rayonu, Lənbəran kəndinə gedib: "Mən Rəsula zəng elədim. Dedim ki, qarşıma çıxsanız, ikinizi də öldürəcəm. O zaman Rəsul Rusiyaya getdi. Bacım onun ailə üzvləri ilə birlikdə yaşayırdı. Rəsul qayıdandan sonra bibisi mənə zəng elədi. Dedi ki, bacım yol kənarında ağlayır. Ona elə bir bacım olmadığını dedim. Sonra o qadına zəng edib öyrəndim ki, Rəsul bacımı döyübmüş, Aynur da getməyə yeri olmadığı üçün yolda dayanıb”.

Hadisə baş verən gündən danışan Elmidar bildirib ki, bacısı evlərinə barışığa gələn zaman onu öldürüb.

Məlum olub ki, Rəsul valideynlərini, qardaşını, bibisini və 7 yaşlı oğlunu götürərək Elmidargilin evinə gəlib. Məqsədləri barışıq edib Aynurla evlənmək olub. Amma Elmidar heç cür bununla barışmayıb. Hətta Elmidarın atası da barışığa razı olduğunu bildirib.

Elmidar məhkəmədə bunları deyib: "Aynurun sənədlərini istədilər ki, nikah etsinlər. Amma mən sənədləri gizlətdim. Onlar evdə çay içəndə mətbəxdə idim. Aynur yanıma gəlib üzr istədi, qarşımda diz çökdü ki, onu bağışlayım. Cibimdən bıçağı çıxarıb Aynurun kürəyindən vurdum. Ölməyəcəyini düşündüm. Buna görə də ürəyindən də vurdum. Axırda da boğazını kəsdim”.

Bununla da ürəyi soyumayan Elmidar səsə gələn Rəsula da bıçaq zərbələri endirib, amma onu öldürməyə macal tapmayıb.

Məhkəmə zərərçəkmiş kimi tanınan Rəsul Paşayev də ifadə verib. O, əvvəlcə Aynurla necə tanış olmasından danışıb:

"Aynurla təxminən 2 il əvvəl Bərdə rayonunda təsadüfən tanış olmuşduq. Aynur əvvəllər Vüsal adlı şəxslə evli olduğunu, boşandığını dedi. Mən də əvvəl evli olmuşdum. Düşündüm ki, Aynur da mənə uyğun biridir. Nömrəsini götürdüm, danışdıq”.

Rəsul Paşayev Aynurgilin evlərinə getdiyini etiraf edib. Sonra isə bildirib ki, bütün bu olanlardan sonra dəfələrlə barışıq üçün cəhdlər edib. Lakin hər dəfəsində Elmidar onları öldürəcəyini deyib.

Hadisə günü yaşananları danışan Elnur qeyd edib: "Aynurun atasına zəng edib barışmaq istədiyimi, Aynurla evlənəcəyimi dedim. O da razılaşdı. Onlara getdikdən bir qədər sonra mətbəxtdən Aynurun səsini eşitdim. Gedəndə gördüm ki, qan içində yerdə uzanıb”.

Qeyd edək ki, Elmidar xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə ittiham olunub.

 

///Musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
19:59 02.07.2025
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
19:46 02.07.2025
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq