Dmitri Nazarov mövsümün ən yaxşı futbolçusu seçilib

İDMAN
20:10 18.10.2021
227
Azərbaycan millisində çıxış etmiş Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" klubunda 2020/2021 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Sorğu onlayn formada gerçəkləşib.

Səsvermədə 336 fanat iştirak edib. Bunlardan 23 faizi 31 yaşlı hücumçunu mövsümün oyunçusu adına layiq görüb. Aue təmsilçisinin qapıçısı və kapitanı Martin Mannel ikinci yeri tutub.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən "Ertsgebirge"nin şərəfini qoruyur. 2014-cü ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları görüşdə millinin formasını geyinib
 
///Report

OXŞAR XƏBƏRLƏR