Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab

Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab
SOSİAL
13:33 13.08.2026
312
Doktorantura təhsili ilə bağlı möhlət verilirmi və möhlət verilərkən dissertasiya işinin müdafiəsi nəzərə alınırmı?

AZXEBER.COM xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məsələyə aydınlıq gətirib.

Dövlət Xidmətindən bununla bağlı aşağıdakılar bildirilib:

"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir. Ali təhsil pilləsinin doktorantura səviyyəsində əyani təhsil alma müddəti başa çatdıqdan sonra (Qanunla nəzərdə tutulmuş möhlət hüququ bitdiyi üçün) çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Mövcud qanunvericilikdə dissertasiya işinin müdafiəsi ilə bağlı çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır”.
OXŞAR XƏBƏRLƏR