"Dost Taxi"nin dəstəyi ilə ərsəyə gələn bu film "Oskar"a layiq görüldü - VİDEO

"Dost Taxi"nin dəstəyi ilə ərsəyə gələn bu film "Oskar"a layiq görüldü -  VİDEO
Bütün Xəbərlər
17:30 31.08.2015
4475

Azərbaycanda bir çox sosial layihələrə öz dəstəyini əsirgəməyən “DOST TAXI” şirkətinin dəstəyi ilə hazırlanan və Qarabağ şəhidlərinin xatirəsinə həsr olunan “Məriz” filmi 4 nominasiya üzrə qalib seçilib.

AZXEBER.COM xəbər verir ki, filmdə bir uşağın gözü qarşısında ailəsinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən və uşaqda bundan sonra yaranan psixoloji problemlərdən bəhs edir.

Filmdə xalq artisti Ramiz Novruz, əməkdar artist Aybəniz Haşımova, Səmimi Fərhad, Zarina Qurbanova, Ayxan Zayidzadə, Manaf Dadaşov, Əli Faiq çəkilib.

“Məriz” filminin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış rejissor Elvin Abdullayevdir.

Film Qarabağ şəhidlərinin xatirəsinə həsr edilib.

Onu da qeyd edək ki, bu gün Bakı Oskar Film festivalı çərçivəsində nümayiş etdirilən film 4 nominasiya üzrə -  ən yaxşı aktyor Xəyal Salahov, ən yaxşı aktrisa Zarina Qurbanova, ən yaxşı operator Soltan Abdullayev və ən yaxşı film Elvin Abdullayev  mükafata layiq görülüblər.

AZXEBER.COM portalı olaraq həmin filmi təqdim edirik:

OXŞAR XƏBƏRLƏR