DTX xarici xüsusi xidmət orqanlarına işləyən iki nəfəri həbs etdi - Hər ikisi yüksək rütbəli şəxslərdi

DTX xarici xüsusi xidmət orqanlarına işləyən iki nəfəri həbs etdi - Hər ikisi yüksək rütbəli şəxslərdi
SOSİAL
21:21 26.12.2018
9254
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmalar davam edir.

AZXEBER.COM xəbər verir  ki, DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları nümayəndələrinin illər ərzində Azərbaycanda çoxmərhələli kəşfiyyat işi, bununla əlaqədar qonşu ölkələrin ərazisində məxfi görüşlərin təşkili və Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarını fərdi əməkdaşlığa cəlb etməyə istiqamətlənən kanalların qurulmasından ibarət dərin kəşfiyyat işi müfəssəl aşkarlanıb, aidiyyəti şəxslər casusluq formasında dövələtə xəyanət və digər cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib, xarici xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat işi üçün uydurulmuş və həqiqi şəxsiyyətləri, kəşfiyyat metodikaları aşkarlanıb, əməliyyat-kəşfiyyat işləri ilk mənbəyədək ifşa edilərək zərərsizləşdirilib. 

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib. 

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib. 

Eləcə də müəyyən edilib ki, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlu təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb. Bəhruz Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub. 

Bəhruz Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib. Bəhruz Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib. 

Aparılan cinayət işi üzrə cinayət əməllərinin törədilməsinə şərait yaradan hallar müəyyən edilib, digər şəxslər müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb edilib, ifşa olunmuş dərin casusluq işi üzrə xarici xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatların mahiyyəti nəzərə alınaraq mümkün nəticələri aradan qaldırılıb. 

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
15:29 10.07.2026
"City Garden Narimanov”: Şəhərin mərkəzində premium yaşayış konsepsiyası — "Kristal”
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
15:26 10.07.2026
Azərbaycanda cinayət statistikası: 20 ildə nə dəyişdi?
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
15:13 10.07.2026
Gəncədə qeyri-formal məşğulluq və əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbiri keçirildi
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
15:09 10.07.2026
TƏBİB-in fotosu diqqət çəkdi: Həkim-rezidentlərin hamısı niyə qadındır?
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
14:50 10.07.2026
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı vəfat etdi - FOTO
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
14:46 10.07.2026
Bakıda yayılan qulaqdibi xəstliyi ilə bağlı rəsmi açıqlama
Generala yüksək vəzifə verildi
14:31 10.07.2026
Generala yüksək vəzifə verildi
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
14:28 10.07.2026
Daşınmaz əmlakını dövlət qeydiyyatına saldırmaq istəyənlərə şad xəbər
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
14:18 10.07.2026
Göyçayda obyektlərdən oğurluq edən şəxs tutuldu
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
14:17 10.07.2026
Ekoloqdan xəbərdarlıq: Bakıda ağcaqanadların çoxalmasının əsas səbəbi budur
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
14:08 10.07.2026
Yeni turizm proqramı: Dövlət subsidiyası hansı layihələri əhatə edəcək?
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
13:44 10.07.2026
“Bakcell” və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüş keçirdi - Fotolar
Kəlbəcərdə otlaq sahədə mina partladı
13:26 10.07.2026
Kəlbəcərdə otlaq sahədə mina partladı
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
13:10 10.07.2026
"BakuBus"dan sərnişinlərdən küsən sürücü ilə bağlı - AÇIQLAMA
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
12:46 10.07.2026
""Seltik"in təklifini dərhal qəbul etdim" - Kamilo Duran
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”
12:33 10.07.2026
“Nə üçün pomidor, qarpız, kartof əvvəlki dadını vermir?”