"Dünya pandemiya maskasını çıxarmasa belə biz erməni maskasını yırtmalıyıq"

"Dünya pandemiya maskasını çıxarmasa belə biz erməni maskasını yırtmalıyıq"
SİYASƏT
15:23 23.09.2020
747
Son zamanlar Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində mütəmadi baş verən silahlı toqquşmalar, ajiotaj, ümumilikdə Dağlıq Qarabağ münaqişəsinə dair erməni yalanlarının baş alıb getməsi beynəlxalq təşkilatların da diqqətindədir. Altı türkdilli ölkənin nümayəndələrinin iştirakı ilə yaradılan və mərkəzi Ankarada yerləşən TÜRKAP təşkilatı da Azərbaycanın haqq səsinə dəstək nümayiş etdirərək, müvafiq açıqlama yayıb.

Qurumun rəhbəri Zaid Nəhmətovun AZXEBER.COM-a müsahibəsini təqdim edirik:

- Zaid bəy, sizcə münaqişənin belə alovlanması Ermənistan rəhbərliyinə və onların havadarlarına nədən sərfəlidir?

- Silahlı təxribatlar törədərək, yeni mövqelər ələ keçirmək, işğal zonasını genişləndirmək və beləcə özlərinin sərsəm "dənizdən-dənizə” ideyasını reallaşdırmağa çalışmaq Ermənistan siyasətinin "vizit kartıdır”. Eynən Ali Baş Komandanımızın dediyi kimi: "Ermənilər yeni müharibəyə hazırlaşırlar. Çünki onlar aqressiv dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı nifrəti çirkin siyasətlərində də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”. Nəticələr isə Ermənistan üçün artıq dözülməzdir. Belə ki, Paşinyan hakimiyyəti iqtisadi tənəzzül və iflas içində sürünən, regiondakı bütün önəmli projelərdən kənarda qalaraq, faktiki izolyasiyaya məhkum olan Ermənistan əhalisinin diqqətini COVID-19 pandemiyası ilə daha da zorlaşan böhrandan beləcə yayındırmağa çalışır. Savaş ocağını daha da alovlandırmaqla…

- İyul, avqust, indisə sentyabr təxribatı... Sözün əsil mənasında qana susamış, azğınlaşmış düşmənlə üz-üzəyik. Türkiyə rəhbərliyinin son bəyənatlarının olduqca kəskin tonu da Ermənistan hakimiyyətinin artıq bütün limitləri aşdığından xəbər verir...

- Çox haqılısınız. Əslində ermənilərin bu azğınlığının bizim üçün əlverişli tərəfi də var. Məsələn, dünya pandemiyaya görə hələ bu ildən maska taxmağa başlayıb. Ermənilər isə əsrlərdir o "məzlum” maskasına bürünərək, regionu sözün əsil mənasında işğal, terror və xaos pandemiyasına qərq ediblər. Bu maskanı yırtmağa artıq məcburuq! İndi hər dəfə növbəti təxribat etdikcə, Azərbaycan hökuməti beynəlxalq hüquq normalarına söykənərək, bu faktları ifşa edir. "Azərbaycanın Ermənistanla bir dərdi var”- bunu artıq dünyanın bir çox ölkəsində bilirlər. Amma bu dərd əslində nədir, nədən qaynaqlanır? Problem burdadır. "Genosid” adlı erməni təbliğat ruporu "bizi əzəli torpaqlarımızdan atmışdılar, geri döndük” istiqamətində bar-bar bağırırdı. Tamam, o zaman indiki hücumları hara yozaq? Nə oldu, bütün Avrasiya bu məntiqlə erməni məskənləri imiş? Son dövrün döyüş xronologiyasına nəzər salsaq, Azərbaycan Silahlı Qüvvələri qonşu ölkənin hüquqi təsbit edilmiş ərazisinə bircə güllə belə atmayıb. Biz yalnız və yalnız öz torpaqlarımızı müdafiə edirik. Saldıran da, üstəlik şivən salan da qarşı tərəfdir. Deməli çalışmalıyıq ki, beynəlxalq ictimaiyyyətə bu faktları sistemləşdirilmiş və ermənilərin işğalçı siyasətini tam ortaya çıxaran aydın şəkildə təqdim edək.

- Təklifiniz nədir?

- Gücləri birləşdirmək! Tək əldən səs çıxmaz. Hər təşkilat ayrı-ayrılıqda bu işi aparmaq istəsə, lazımi nəticə alınmaz. Odur ki, biz türkdilli böyük təşkilat olaraq, digər türkdilli qurumlara müraciət edərək, ideoloji müharibə kontekstində güclərimizi birləşdirmək üçün vahid strateji platforma hazırlamağa çağırırıq. Beləcə "nar çubuğu” taktikası ilə dünyanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən və sərhəddəki təxribatlardan daha operativ və effektiv xəbərdar edə bilərik. Hər yerdə özünü yazıq, əzabkeş obrazda qələmə verən mənfur erməni təbliğat maşınının çarxını birdəfəlik qırmaq zamanı zatən çoxdan çatıb.

- Hazırda xaricdən Azərbaycan reallıqları necə görünür?

- Qürurverici! İqtidarın prinsipial, qətiyyətli, xalqın milli maraqlarına tam uyğun siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan regionun ən qüdrətli, iqtisadi inkişaf tempinə görə ən optimist proqnozları belə üstələyən ölkəsinə çevrilib. Beynəlxalq arenada Qarabağ savaşının ağır nəticələrindən, yüz minlərlə insanının yurdsuz-yuvasız qaçqın həyatı yaşamasından, müstəqillik yolunda verilən şəhidlərin acısından, torpaq və məğlubiyyət fəryadına əlavə olunan keçid dövrünün məhrumiyyətlərindən nə vaxtsa gücsüz görünən Azərbaycan adlı yorğun bir məmləkət artıq yoxdur. Ölkəmiz yüz minlərlə yeni iş yerlərinin açılması, yoxsulluğun sürətlə aradan qaldırılması və sair nəzərəçarpan amillərlə özünü büruzə verən iqtisadi və sosial yüksəliş göstəriciləri ilə dünya ölkələri arasında gündən-günə öz yerini daha da möhkəmlədir. Bu gücü yalnız Azərbaycanda yaşayan 10 milyon deyil, dünyada azərbaycanlı adının qürurunu daşıyan hər birimiz aydın görürük.
 
Odur ki, cənab İlham Əliyevin bütün hüquq normaları çərçivəsində uğurla irəli sürdüyü Böyük Qayıdış Konsepsiyasına töhfəmizi vermək və onu reallığa çevirmək üçün gecəni-gündüzə qatıb, çalışmalıyıq. Görüləcək işlər çoxdur! Həm öz xidmət sahəmizdə, həm də Vətənə xidmət baxımından...Biz də TÜRKAP olaraq, 3 il ərzində əlaqələrimizin genişlənməsi, ictimai tanıtımı istiqamətində ciddi addımlar atmışıq. Yeni ildə ən azı 10-12 beynəlxalq layihə reallaşdırmağı düşünürük. Onların hər birinin Platformamıza üzv ölkələrdə güclü rezonans doğuracağına qətiyyətlə inanıram.
 
Bir sözlə, BÖYÜK QAYIDIŞA BÖYÜK TÖHFƏLƏR VERMƏYİN ZAMANIDIR!
 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
20:23 12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
20:19 12.10.2026
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20:15 12.10.2026
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
20:06 12.10.2026
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
20:00 12.10.2026
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
19:35 12.10.2026
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
19:22 12.10.2026
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
18:59 12.10.2026
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz
18:47 12.10.2026
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz