Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə sıçrayıb
Türkiyənin İzmir vilayətinin Dikili rayonunda meşə yanğını yaşayış məntəqələrinə çatıb.
Günorta saatlarında başlayan meşə yanğını güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılaraq yaşayış məntəqələrinə qədər irəliləyib.
Rayonun Çandarlı bölgəsində başlayan yanğın kolluq sahələrə keçib, alovlar "Pelin Sitesi" və "Zeynep Keşan Evleri" yaşayış komplekslərinin ətrafına qədər çatıb.
...